Baki, FinanceTime. 08 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu
|
AZ2020008689
|
Emissiya həcmi
|
25 000 000 AZN
|
Nominal qiyməti
|
1000 АZN
|
Hərrac qiyməti
|
1000 AZN
|
İstiqrazların tədavül müddəti
|
18 il (6480 gün)
|
Faiz dərəcəsi
|
3 %
|
Faiz gəlirinin ödəniş müddəti
|
6 aydan bir (180 gün)
|
Anderrayter
|
Paşa Kapital İŞ QSC
|
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.