1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA-nın rəhbərliyi SECO-nun Makroiqtisadi Dəstək Proqramı üzrə nümayəndəsini qəbul edib
06.09.2017

Baki, FinanceTime. 5 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və İcraçı Direktoru Yunus Abdulov SECO-nun (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) Makroiqtisadi Dəstək Proqramı üzrə məsul şəxs Reto Weyerman və İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz regionu üzrə direktor müavini Simone Haeberli ilə görüşüb.

Görüşdə Azərbaycanda bank sektorunun hazırki durumu, ABA-nın fəaliyyəti və onun bank sektorundakı münasibətləri tənzimləyən qanun və qaydaların formalaşdırılmasndakı rolu, müvafiq orqanlarla əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ABA-nın nəzdində yeni yaradılmış Hərrac Mərkəzi, Bank Ombudsmanı və onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. ABA-nın SECO ilə əməkdaşlığı və birgə tədbirlərin təşkili barədə danışılıb.

Daha sonra Reto Weyermenin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevlə və “ÇYP və Komplayns” üzrə Ekspert Qrupunun sədri Anar Kərimovla görüşü baş tutub. Hər iki ekspert qrupunun fəaliyyəti barədə fikirlər dinlənilib. Görüş zamanı Maliyyə Monitorinqi Xidməti ilə əməkdaşlıq, bank sektorunun qanunvericiliyi ilə bağlı cari vəziyyət, icra prosesinin sadələşdirilməsi, o cümlədən “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment