Baki, FinanceTime. 05 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104022543 ISIN-li, 10 mln. manat həcmində, 364 tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 88.7233 AZN (12.7799%) və 92.2055 AZN (8.4999%) olan 13 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.9544 AZN (9.9999%), orta ölçülmüş qiyməti 90.9714 AZN (9.9793%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 31,341,100.00, yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi – 04 sentyabr 2018-cu il.
Hərrac iştirakçıları 06 sentyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.