1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank aztəminatlı ailələrin uşaqlarına sevinc bəxş etdi
05.09.2017

Baki, FinanceTime. Artıq bir neçə gündən sonra yeni tədris ili başlayır. Hər bir məktəbli bu tarixi səbirsizliklə gözləyir. Çünki, yeni tədris ilinin başlanması ilə onlar sevimli çantaları ilə məktəbə gedərək yeni biliklərə yiyələnəcəklər.

Yarandığı tarixdən etibarən 100-dən çox sosial layihə həyata keçirən AccessBank, 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar Azərbaycanın müxtəlif rayonlarında “Mənim sevimli çantam”adlı növbəti sosial layihə həyata keçirdi. Layihə çərçivəsində Azərbaycanın fərqli bölgələrindən 200-ə yaxın aztəminatlı ailə seçildi və onlara məktəb çantası və ləvazimatları hədiyyə edildi. Bank tərəfindən həyata keçirilən bu sosial aksiya çərçivəsində uşaqlara məktəbli çantası, qələm, karandaş, rəngli flomaster, dəftər və s. ləvazimatlar daxil olan məktəbli dəsti hədiyyə olundu.

Keçirilən tədbirlərdə aztəminatlı ailələrdə yaşayan uşaqlar ilk məktəb çantasını almaq sevincini yaşadılar. Bank əməkdaşları uşaqlara dərslərində müvəffəq olmalarını, yaxşı biliklərə sahiblənməyi və gələcəkdə öz ölkələrinin tanınmış mütəxəssisləri olmağı arzu etdi və bu uşaqları sevindirmək imkanını əldə etdikləri üçün çox məmnun olduqlarını bildirdilər. Bütün uşaqlar, ailələrinin ümidlərini və böyüklər tərəfindən onlara göstərilən diqqət və qayğını doğrultmaq üçün daha da yaxşı oxuyacaqlarına və daha çox nailiyyətlər əldə edəcəyinə söz verdilər.

Belə təşəbbüs və aksiyalar həyata keçirməklə, AccessBank aztəminatlı ailələrin uşaqlarına dəstək olaraq və ölkədə təhsil səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verməyə davam edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment