1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı seçildi
31.08.2017

Baki, FinanceTime.   “Nar” 20 sentyabr-1 oktyabr 2017-ci il tarixləri arasında Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildi. Mobil operator eyni anda Bakı və Göygöl şəhərləri, eləcə də Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil ediləcək voleybol üzrə Avropa çempionatının təşkilatçıları və iştirakçılarını mobil rabitə – zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də yarışlara texnoloji dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

Qeyd edək ki, iki il öncə Azərbaycanda keçirilən ilk Avropa Oyunları və bu ilin may ayında respublikada təşkil edilən IV İslam həmrəyliyi oyunlarının telekommunikasiya tərəfdaşı olmuş “Nar” ölkədə həyata keçirilən mötəbər idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmışdır. Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin telekommunikasiya tərəfdaşı olaraq “Nar”-ın peşəkar əməkdaşları yarışların əməliyyat komitəsini yüksəkkeyfiyyətli xidmətlə təmin etməyi hədəfləyirlər. “Nar” bu növbəti idman bayramının Azərbaycana daha bir uğur gətirəcəyindən əmin olmaqla, bu uğurun qazanılması üçün əmək sərf etməkdən qürur duyduğunu ifadə edir.   

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir. 

“Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat almaq olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment