1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank müştərilərini bu yay 2-ci dəfə sevindirdi
31.08.2017

Baki, FinanceTime. İsti yay günlərində Aralıq dənizi sahillərində istirahət etməyi xəyal edənlər, çoxdandır istifadə etdikləri telefonu yeni iPhone 7 ilə əvəz etmək arzusunda olanlar, sevimli videoları kompüterdə deyil rahat planşetdə izləmək istəyənlərin üzləri bu yay AccessBank-la güldü J

AccessBank-ın müştərilərini bu yay intizarda saxlayan “Bu yay üzünüzə güləcək” adlı lotereya başa çatdı. Lotereyada Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılırdı. 

2 ay davam edən lotereyanın 2-ci tirajının qalibləri kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə bu gün bankın Baş ofisində müəyyən olundu. 2-ci tirajın nəticələrinə əsasən bu dəfə də bankın 7 Mastercard ödəniş kart sahibi dəyərli hədiyyələri qazandılar.

Qaliblərin müştəri kodları və qazandıqları hədiyyələr haqqında məlumatı Bankın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Xatırladaq ki, lotereyada iştirak etmək və hədiyyələri qazanmaq üçün ölkə ərazisində və ya xaricində yerləşən istənilən ticarət-xidmət müəssisələrində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə 21 iyul – 20 avqust tarixləri ərzində nağdsız şəkildə əməliyyat etmək tələb olunurdu.

AccessBank-ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanovanın sözlərinə görə, lotereyanın keçirilməsində əsas məqsəd respublikamızda nağdsız ödənişlər sisteminin inkişafına töhfə vermək idi. “Biz şadıq ki, yayın əvvəlində başladığımız bu lotereya müştərilərimiz arasında böyük maraqla qarşılandı. Lotereyanın nəticələrinə əsasən bankın yeni kart müştəriləri və kartlar üzrə dövriyyə xeyli artmışdır. Biz bütün qalibləri təbrik edirik və bildirmək istəyirik ki, gələcəkdə də müştərilərimizi yeni kampaniya və lotereyalar ilə sevindirməyə davam edəcəyik.”

Lotereya ilə bağlı daha ətraflı məlumatı Bankın rəsmi internet saytındanFacebook və twitter səhifələrindən, eləcə də 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment