1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AtaBank” müştəriləri üçün “ödənişsiz göz müayinəsi” təşkil edəcək
30.08.2017

Baki, FinanceTime.   “AtaBank” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində öz müştərilərinə hədəflənən növbəti layihəyə start verir. Beləki 6 sentaybr tarixindən etibarən Bank Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu iləbirgə xeyirxah layihəyə başlayır. Layihə çərçivəsində AtaBankın müştəriləri 2 həftə ərzində gözlərini tam ödənişsiz müayinə etmək fürsəti əldə edəcəklər.

Layihə Qurban Bayramı tətilindən sonra başlayaraq 2 həftə boyunca növbəli şəkildə Bankın Dostluq və Nərimanov filiallarında həyata keçiriləcək. Mobil göz klinikası 6-12 sentyabr tarixlərində Azadlıq prospekti 124 ünvanında yerləşən Dostluq, 13-19 sentyabr tarixlərində Əhməd Rəcəbli küçəsi 9A ünvanında yerləşən Nərimanov filiallarında quraşdırılacaq. Gözlərini Dünyagöz klinikasının professional həkimlərinə müayinə etdirmək istəyən AtaBank müştəriləri saat 9:00-dan 17:00-a kimi qeyd olunan filiallara yaxınlaşa bilərlər.

Layihə müddətində müayinəyə çatmayan müştərilər istənilən vaxt klinikada 15% endirimlə müayinə oluna bilərlər. Bundan əlavə, göz əməliyyatına ehtiyacı olan AtaBank müştəriləri Dünyagöz Xəstəxanasından 10% endirim əldə edəcəklər. Bunun üçün ödənişi sadəcəAtaBankın Visa və ya MasterCard plastik kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.

Dünyagöz Xəstəxanası, daima yenilənən mükəmməl texnologiyası, mühazirəçi və mütəxəssislərdən ibarət 2000-ə yaxın təcrübəli işçi heyətiilə dünyanın bir neçə müstəsna tibb mərkəzləri arasında layiqli yerini tutmuşdur. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinika artıq 21 ildir ki, müasir tələblər səviyyəsində göz müayinəsi və müalicəsi ilə məşğul olur.

“AtaBank” ASC korporativ idarəetmə standartları çərçivəsində cəmiyyət, müştərilər və öz işçiləri qarşısında olan korporativ sosial məsuliyyətinə daim önəm verir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment