1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AtaTravel” bayramla bağlı olaraq sərfəli və əyləncəli turpaketlər təklif edir
29.08.2017

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Son dövrlərdə turizm sektorunda baş verən yeniliklər və digər aktual məsələlərlə bağlı olaraq suallarımızı “AtaTravel”in turoperatoru Rəvan Əhmədov cavablandırır.    

 

-          Rəvan müəllim, şirkətiniz daim yeniliklərlə müştərilərinin marağına səbəb olur. Bu baxımdan yeni aksiyalarınızla bağlı nələri bildirərdiniz?

-          Ümumiyyətlə, turizm sahəsi dinamik və daim inkişafda olduğu üçün biz də daim üzərimizdə işləyirik, müştərilərimizin istək və təkliflərini nəzərə alırıq, onlara ən sərfəli turpaketlər təqdim edirik. Həmçinin, yeni istiqamətlər üzrə turpaketlərin hazırlanmasına çalışırıq. “AtaTravel” şirkəti daim beynəlxalq sərgilərdə iştirak edir, info-turlar və sair maraqlı tədbirlər, eləcə də aksiyalar keçirir. Ofisimiz şəhərin mərkəzində, çox rahat və müştərilərimiz üçün əlçatan yerdə yerləşir. Yeni aksiyalarımızla bağlı onu deyə bilərəm ki, qarşıdan Qurban bayramı gəlir. “AtaTravel” olaraq müştərilərimizin bu barədə istəklərini nəzərə almışıq. Bunun üçün xüsusi olaraq bir neçə istiqamət üzrə sərfəli və əyləncəli turpaketlər hazırlamışıq. Bu turlar bayram günlərində 2 gecə,3 gün qalmaqla keçiriləcək. Turlar sentyabrn 1-dən 3-ə, yaxud 2-dən 4-ə qədər nəzərdə tutulub. Qax-Zaqatala-Balakən-Siqnaxi və Lapota gölünə olan turları misal çəkim. Burada 2 gecə gecələmək mümkündür. Gecələmə Balakəndəki 4 ulduzlu, hər bir şəraiti olan Qubek otelində olacaq.  Tur boyu bələdçi, videoçəkiliş, əyləncəli oyunlar, Qaxa,İlisu şəlaləsinə, Balakənə və digər gəzməli yerlərə ekskursiyalar təmin ediləcək. Tur boyu 2 gecə, 3 gün oteldə qalmaq və səhər yeməyi turun qiymətinə daxildir. Turun qiyməti hər bir adam üçün ikinəfərlik nömrədə 129 manatdan başlayır. 6 yaşadək uşaqlar üçün isə ödənişsizdir. Onu da əlavə edim ki, tur çox komfortlu “Mersedes” markalı avtobuslarla təşkil ediləcək. Tur iştirakçılarının bütün rahatlıqları və istəkləri nəzərə alınıb. Digər bir turumuz hazırda çox məşhur olan Mingəçevir-Gəncə-Göygöl turudur. Bu tur da sentyabrın 1-dən 3-ə qədər keçiriləcək. İştirakçılar Mingəçevirdə Kür çayının sahilindəki 5 ulduzlu, yüksək standartlara cavab verən  “Ağsaray Deluxe” otelində qalacaqlar. Burada da komfortlu nəqliyyat, ekskursiyalar, bələdçi, oteldə səhər yeməyi daxil, 3 gün 2 gecə qalmaq təmin edilib. Kür çayında gəzinti, Mingəçevir su anbarına ekskursiya, Gəncədə Nizami türbəsini ziyarət, Xan bağına, Göygölə və digər yerlərə ekskursiya da bura daxildir. Bu turun qiyməti bir nəfərin 3 dəfə qidalanması və bütün sadalanan xidmətlər və ekskursiyalardan faydalanması ilə 125 manatdır. 3-cü turumuz isə Şabranda yerləşən Qalaaltı otelində 2 gecə, 3 gün qalmaqla ayın 2-dən 4-dək keçiriləcək. Burada SPA, fitnes, əyləncələrdən istifadə, bayram konsertində iştirak təmin edilir. Tur çərçivəsində reper Miryusifin iştirakı ilə maraqlı şou proqramı hazırlanıb. Bütün bunlar daxil olmaqla 2 nəfərlik paketin dəyəri 599 manatdır.

 

-          Yay mövsümü bitməkdədir. Belə bir şəraitdə turistlər daha çox hansı istiqamətlərə meyil edirlər?

-          Qarşıdan “məxməri mövsüm” gəlir. Bir azdan artıq turpaketlərin qiymətində enmə müşahidə olunmağa başlayacaq. Məsələn, avqust ayında Türkiyədə iki nəfərlik tam paketin qiyməti ən qənaətcil otellərdə 1100-1300 dollardan başlayırsa, sentyabr ayının 5-10-dan sonrakı tarixlərdə qiymətlərdə nisbətən enmələr müşahidə olunur və 950-1050 dollara turpaket almaq olur. Sentyabrın sonlarına yaxın isə 800-900 dollara 5 ulduzlu otellərdə qalmaqla paket almaq olur. Bu qiymətə həmin müddətdə iki nəfərlik paket almaqla turistlərimiz bir həftə Antalyada dincələ biləcəklər. Bununla bağlı indidən bizə müraciət edib rezervasiya edə bilərlər. 

 

-          Hazırda  “AtaTravel” MMC-də  hansı aksiyalar var?

-          “AtaTravel” daim müştərilərin istəyini nəzərə alır, onlar üçün yeni-yeni cəlbedici kampaniyalar keçirir. Xanım müştərilərimiz üçün də bu baxımdan cəlbedici aksiyalar keçiririk. Xanım müştərilərin istəyini nəzərə alaraq “Paris Gallery” mağazalar şəbəkəsi ilə 21 avqust tarixindən aksiyaya start vermişik. “AtaTravel” MMC-dən istənilən turpaket, aviabilet alan, məhsul alan  xanımlara “Paris Gallery” mağazalar şəbəkəsindən 3 kupon təklif edirik. Bu kuponlardan biri mağazadan istənilən alışa 25 faiz endirim, digəri bir dəfə üzəbaxım seansına endirim, digər kupon isə ödənişsiz “make up”dır.      

 

-          “AtaTravel” jurnalistlər üçün keçirdiyi maraqll və yaddaqalan info-turları ilə də tanınır. Məsələn, 2013-cü ildə Macarıstana, daha sonra Krıma həmçinin ölkə daxilində keçirilən info-turları, yeni açılan otellərə təşkil edilən səfərləri buna misal çəkmək olar. Bu il bu cür info-turların keçirilməsi nəzərdə tutulurmu?

-          Planlarımızda bu cür info-turların keçirilməsi var. İlin sonuna yaxın bu barədə info-turlar və onların marşrutu dəqiqləşdiriləcək. Bundan sonra bu barədə jurnalistlərə  və turizm şirkətlərinin nümayəndələrinə  məlumat veriləcək. Hazırda turizmin pik çağı olduğu üçün otellərdə boş yer tapmaq çətindir. Ona görə də indiki vaxtda info-turlar təşkil etmək əlverişli deyil. Buna nəzərə alaraq info-turların daha mütəşəkkil və yaxşı keçirilməsi üçün uyğun vaxtlar müəyyənləşdiririk. Bu baxımdan otellərlə danışıqlar aparırıq.

 

-          Azərbaycanlı turistlər daha çox hansı ölkələrdə dincəlməyə üstünlük verirlər?

-          İndiki vaxtda azərbaycanlı turistlərimiz daha çox vizasız rejimləri olan ölkələrdə dincəlməyə üstünlük verirlər. İndi turizm mövsümü olduğuna görə bəzi ölkələr Azərbaycanla viza rejimini ləğv ediblər. Məsələn, Montoneqro ilə hazırda vizasız rejimdəyik. Yəni yay vaxtı Azərbaycan vətəndaşları orada tək pasportla gedib istirahət edə bilərlər, heç bir vizaya ehtiyac yoxdur.

 

-          Daha hansı ölkələrə bu baxımdan vizasız getmək mümkündür?

-          Qatar, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi ölkələrə vizasız getmək mümkündür.  

Müsahibəyə görə təşəkkür  edirəm

 

Dilara  Zamanova

“AtaHolding”  Korporativ Kommunikasiyalar şöbəsinin rəisi


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment