1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İndi “Uber”də səyahətləri bir neçə təyinat nöqtəsi ilə sifariş etmək mümkündür
28.08.2017

Baki, FinanceTime. Şəhər üzrə avtomobil sifarişi üçün eyniadlı mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Azərbaycanda bir neçə təyinat nöqtəsi ilə səfər etmək imkanın yaradılmasını elan edir. haqqında danışıb.

Şirkətin məlumatına əsasən, “Uber” platformasında 3%-dən 10%-dək gedişlərin hamısı bir neçə dayanacaqla həyata keçirilir. Əvvəlcədən bir neçə ünvan əlavə etmək imkanı sifariş prosesini həm istifadəçi, həm də sürücü üçün daha rahat edir, çünki indi tədbiqdə əvvəlcədən bir neçə dayanacaq seçib, öncədən məbləğ və səyahətin ümumi vaxtını öyrənmək mümkündür ki, bu da sürücüyə marşrutu daha rahat planlaşdırmağa kömək edir. Bir neçə ünvan ilə marşrut seçimi opsiyası onlarla daxili interfeys, dizayn və iOS və “Android” üçün tədbiqin üzərində işləyən komanda üzvlərinin böyük səyləri nəticəsində yaranıb.

Bir gediş çərçivəsində bir neçə dayanacaq sifariş etmək üçün“Uber” tətbiqində"Hara" bölməsində, sahənin yanındakı "+" işarəsinə basın, "Dayanacaq əlavə et" düyməsini seçin və ünvanı göstərin, bundan sonra seçimi təsdiq edin. İstifadəçi bir səfər zamanı 2 aralıq dayanacaq əlavə edə bilər (son təyinat nöqtəsi istisna olaraq). Ara ünvanlarıhəm sifariş, həm də səfər zamanı əlavə etmək mümkündür. Eyni zamanda, planlar dəyişdiyi və sürücü göstərilən ara ünvanını təsdiq etmədiyi halda lazımsız dayanacaqları silmək mümkündür.

İstifadəçi bütün dayanacaqları əvvəlcədən qeyd etdiyi halda gediş haqqı səfərin ümumi vaxtına hər bir dayanacağa əlavə 3 dəqiqə əsasında hesablanacaq. Bu, tarifdə qiqliyini artırmaq və hər bir dayanacaq üçün əlavə vaxt hesablamaq üçün əvvəlcədən qiymətin hesablanmasında nəzərə alınır. İstifadəçi dayanacaqları səfər zamanı əlavə etsə və ya yeniləsə səfərin yekun dəyəri ümumi məsafədən və real vaxtdan asılı olaraq dəyişə bilər.

"İnnovasiyalar“Uber”şirkətinin DNT-sinin ayrılmaz bir hissəsidir, buna görə də istifadəçilərdən tətbiqin mümkün qədər yaxşılaşdırılmasından və ya yeni xidmətlərin əlavəsi haqqında rəy aldığımızda onu diqqətlə yoxladıqdan sonra istifadəçi təcrübəsini daha rahat edəcək həllərin inkişafı ilə məşğul oluruq. Bugün biz istifadəçilərə bir avtomobilin sifarişini daha rahat edəcək bir xidmət təqdim etməkdən xoşbəxtik hissi duyuruq", - deyə “Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

Sürücülər isə ümumi marşrutu tətbiqdə əlavə dayanacaqlarla birlikdə görəcək. İlk ara nöqtəsində dayandıqdan sonra sürücü öz gəlişini təsdiqləməlidi, bundan sonra isə öz marşrutuna davam etməlidir; bundan əlavə, sürücünün tətbiqlə işi əsasən dəyişilməz qalacaq.

“Uber”dən istifadə etməyə başlamaq üçün tədbiqi uber.com/app ünvanından, “Android” üçün “Google Play”dən və ya iOS üçün “App Store”dan yükləmək gərəkdir.

 

 

“Uber” şirkəti haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 77 ölkəsinin 600 şəhərində xidmətlərini göstərir. Uber missiyası -  şəhər ətrafında, hərəkəti, su təchizatı kimi sadə, etibarlı və bütün sakinlər üçün əlçatan etməkdir. Biz 2009-cu ildə işimizi sadə bir tapşırıq həlli ilə başlamışıq -   smartfonun ekranına  bir neçə toxunuş ilə maşın sifariş etmək. Artıq biz ,8 il sonra, bütün dünyada beş milyardan çox gediş təmin etdik və indi daha da vacib problemlər üzərində işləyirik –şəhərlərdə avtomobilləri daha da rasional istifadə etməklə, tıxacların azadılması və atmosferin çirklənməsini azaldmaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment