1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank sahibkarlar üçün yeni kart hazırladı
24.08.2017

Baki, FinanceTime. Unibank biznes sahiblərinə dəstək məqsədi ilə Albalı Biznes Kartını təqdim edir. Albalı Biznes Kartı mağazalarla distributor şirkətlər arasında ticarətin daha rahat və təhlükəsiz aparılmasına, operativliyin təmin olunmasına, dövriyyənin artırılmasına imkan yaradan, debet və kredit funksiyalarını özündə birləşdirən çox sərfəli bank kartıdır.

Albalı Biznes Kartının unikal üstünlüklərə malik olması və Unibank Business Mobile əlavəsinə qoşulmaq imkanı, günün istənilən vaxtı mağaza sahibinin və distributorun əməliyyatlar aparmasını və hesablarına nəzarət etməsini mümkün edir.

Albalı Biznes Kartı həm mağaza sahibləri, həm də distributor şirkətlərinə bir çox üstünlüklər verir:

 

Kart sahibləri üçün üstünlüklər:

•       Güzəştli (faizsiz) kredit xətti imkanı;

•       Günün istənilən saatı, istənilən yerdə distributorlara ödənişlərin əlavə sənədsiz və komissiyasız köçürülməsi;

•       Ödənişdən dərhal sonra mağaza sahibi və ekspeditorun məlumatlandırılması;

•       Unibank Business Mobile və İnternet bank xidmətinə qoşulmaqla ödənişlərə 24/7 nəzarət etmək imkanı;

•       Büdcə ödənişlərini (DSMF/Vergi/Gömrük və digər) Albalı Biznes Kartdan Unibank Business Mobile vasitəsi ilə etməyin mümkünlüyü;

•       Unibank-ın istənilən filialından, cash-inindən, E-manat ödəmə terminallarından karta şəxsi vəsaitin mədaxil imkanı; 

•       Mağaza sahibinin ödəmələri haqqında tarixçənin Unibank Business Mobile- də avtomatik formalaşması.

 

Distributor şirkətləri üçün üstünlüklər:

•       Nağd pulların idarə edilməsi riskindən azad olma;

•       Bank tərəfindən mağazalara verilən kredit xətti hesabına dövriyyənin artırılması və xərclərin optimallaşdırılması;

•       Şəffaf Hesabat;

•       Hesaba pulun anında daxil olması.

 

Ticarət obyekti sahibi bankın istənilən filialına cəmi bir dəfə  gəlməklə Albalı Biznes kartını pulsuz ala bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

 

AlbalıBiznes - Ticarətin asan yolu!

Unibank-Biznesinizə daimi dəstək!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment