1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bank əsas maliyyə göstəricilərinə görə ölkənin lider banklarından biridir
14.08.2017

Baki, FinanceTime.  ASC “Xalq” Bankı 2017-ci ilin ikinci rübünün nəticələrinə əsasən maliyyə-təssərrüfat fəaliyyətində müsbət dinamika nümayiş etdirərək bank sektorunda aparıcı mövqeyini bir daha təsdiqləmişdir. Cari ilin altı ayı ərzində Bankın aktivləri 177,3 milyon manat (10.62%) artaraq 1.845 mlrd manat təşkil etmişdir. Aktivlərin həcminə görə Xalq Bank kommersiya banklarının renkinq cədvəlində üçüncü pillədə qərarlaşıb. Bank birinci rüblə müqayisədə cəmi kapitalın həcmini 3.25% artıraraq 245,353 milyon manata çatdırıb ki, bu da öz növbəsində bank sektorunda üçüncü nəticədir. Ölçülmüş kredit siyasəti sayəsində 2017-ci il ərzində müştərilərə verilən kreditlərin ümumi məbləği 5.05% artaraq 1.338 mlrd manata çatmış və bu göstəriciyə görə Xalq Bank ölkənin kommersiya bankları arasında birinci mövqeyini möhkəmləndirmişdir. Bankın əsas fondlaşma mənbəyi olan depozit portfeli altı ay ərzində 11.98% artaraq 1.230 mlrd manata çatdırılmışdır ki, bu da müştərilərin Banka olan böyük etibarından xəbər verir. Bu göstəriciyə görə Xalq Bank Azərbaycanın üç böyük kommersiya bankı arasındadır.

Bank 2017-ci ilin ötən ayları ərzində inkişaf strategiyasının prioritet vəzifələrindən biri olan xidmət infrastrukturunun genişləndirilməsinə diqqət yetirib - Tovuz şəhərində sayca 28-ci filial istifadəyə verilib. Eyni zamanda Xalq Bank plastik kartlara xidmət səviyyəsini yüksəltmək və qeyri-nağd ödənişləri stimullaşdırmaq məqsədi ilə bankomat və POS-terminal şəbəkələrini inkişaf etdirir, təsadüfi deyil ki, Bank, elektron ticarət şəbəkəsi vasitəsilə aparılan nağdsız əməliyyatların sayında və həcmində əldə etdiyi artıma görə banklar arasında aparıcı yerlərdən birini tutur. İlk yarımildə Xalq Bank World MasterCard Black Edition kartını Azərbaycanda ilk təklif etdiyinə və debit kartlarının sayında əldə etdiyi artıma görə MasterCard İnternational; kartlar üzrə orta əməliyyat məbləğində ən yüksək artıma nail olduğuna görə Visa İnternational beynəlxalq ödəniş sistemləri tərəfindən mükafatlandırılmışdır. Bank sosial sahədə də öz fəallığını sərgiləyir, belə ki, 2010-cu ildən gerçəkləşdirilən və ölkənin mədəni həyatında hadisəyə çevrilmiş “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bank 2017-ci ildə yeni nəşrlər təqdim etmiş, Şamaxı və Bakı şəhərlərində sərgilər keçirmışdır.

Xalq Bank bütün uğurlarına görə sadiq müştərilər və peşəkar əməkdaşlarına minnətdarlığını bildirir və gələcəkdə daha yüksək nailiyyətlər əldə etmək əzmindədir!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment