1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mastercard və MyDutyFree Bakıda birgə kampaniyaya start verdilər
11.08.2017

Baki, FinanceTime. Qlobal ödəniş texnologiyaları şirkəti Mastercard və “Duty Free”-dən əvvəlcədən sifariş üçün qlobal tətbiq olan MyDutyFree, Heydər Əliyev Beynəlxalq Hava Limanında birgə yeni kampaniyaya start verib: bütün “Mastercard”/”Maestro” debet və kredit kart sahibləri “MyDutyFree” saytından əvvəlcədən sifariş etməklə 15% endirim əldə edə bilərlər.

Kampaniyadan yararlanmaq üçün “Mastercard”/”Maestro” debet və kredit kart sahibləri “MyDutyFree” saytı (www.mydutyfree.net) və ya “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə məhsulları öncədən sifariş etməli və endirimin aktivləşdirilməsi üçün müvafiq xanada “MastercardBaku” promo kodunu qeyd etməlidirlər. Sifarişi qeyd olunmuş kart sahibləri uçuş tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “Mastercard”/”Maestro” kartı ilə ödənişi həyata keçirməklə sifariş verdikləri məhsulları əldə edə bilərlər. 

“Lüks anlayışı artıq çox irəliləyib və hazırkı dövrdə vaxt ən qiymətli resurs hesab olunur. “Mastercard olaraq insanları qiymətsiz imkanlarla təmin etməyə çalışırıq. MyDutyFree ilə yeni tərəfdaşlığımız əsasında biz brendimizin bu mövqeyinə bir daha sadiq qalaraq insanlara uçuş məntəqəsində daha az vaxt keçirmək, əvəzində isə bu vaxtı onların dostları və ailələri ilə yaddaqalan şəkildə keçirmək üçün şərait yaratmış oluruq”, - deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç bildirib. 

Qeyd edək ki, sifariş olunmuş məhsulların tam dəyəri kassada “Mastercard”/”Maestro” kartları ilə ödənilməlidir. Kampaniya bu ilin sonunadək (31 dekabr 2017-ci il tarixinədək) etibarlıdır.

*MyDutyFree hava limanının uçuş zonasında rüsumsuz alış-verişin endirimli qiymətlərlə həyata keçirilməsi üçün öncədən sifariş xidmətidir. Hal-hazırda xidmət Azərbaycan, Rusiya, Ukrayna və Belarusda aktivdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment