1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim etdi
10.08.2017

Baki, FinanceTime.Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qarşılamaq məqsədilə bir-birindən sərfəli rominq paketləri təklif edən “Nar” yenilənmiş “Şərq” paketlərini təqdim etdi. İndi “Şərq” paketləri ilə səyahətdən həzz almanın tam zamanıdır. Artıq Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlərinə səyahət etdikdə, rominq xərclərini düşünmədən təəssüratlarını paylaşmaq və daim ünsiyyətdə qalmaq mümkündür.

“Şərq” təklifi iki paketdən ibarətdir: “Şərq-5” və “Şərq-15”. “Şərq-5” paketinə gələn zənglər üçün 5 dəqiqə, çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş olunan andan etibarən 3 gün təşkil edir. “Şərq-15” paketi isə gələn zənglər üçün 15 dəqiqə, çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafikindən ibarətdir. Paketin istifadə müddəti sifariş olunduğu andan 30 gündür.   

“Şərq” paketlərindən birini hələ Azərbaycanda olarkən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatdıqda sifariş etmək olar. “Şərq-5” paketini sifariş etmək üçün +5 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#5#YES kodunu yığmaq, “Şərq-15” paketini sifariş etmək üçün isə +15 yazıb 777 qısa nömrəsinə SMS yollamaq və yaxud telefonun ekranında *777#15#YES kodunu yığmaq kifayətdir. Paketlərin sifariş sayına heç bir məhdudiyyət qoyulmur. Təklifdən BƏƏ-nin “DU” və ya “Etisalat” mobil operatorlarının şəbəkəsinə qoşulmuş öncədən və sonradan ödənişli bütün “Nar” abunəçiləri yararlana bilərlər.

“Nar” rominq xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment