1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank Visa İnternational tərəfindən mükafata layiq görülüb
04.08.2017

Baki, FinanceTime.  AccessBank Visa ödəniş sistemi tərəfindən 2016-cı ildə korporativ kartlarının portfeli üzrə ən yüksək artım göstərdiyinə görə mükafata layiq görülüb. AccessBank, ölkənin aparıcı banklarından biri olaraq təqdim etdiyi kart məhsulları və xidmətlərinin çeşidi və keyfiyyəti üzrə də ön mövqelərdədir.

Nağdsız ödənişlərin artmasına görə ödəniş kartları da ən əlverişli və rahat ödəniş vasitəsinə çevrilir. Bank 3 il müddətinə, manatda, dollar, avro və funt sterlinqdə Visa Electron-dan başlayaraq Visa Infinite növünədək geniş çeşidli ödəniş kartları təklif edir. Müştərilər ən çox özündə debit və depozit kartlarının imkanlarını birləşdirən çoxfunksiyalı Visa myCard ödəniş kartına maraq göstərir. Bu kartın üstünlükləri odur ki, kart hesabındakı qalığa illik 6%-ə qədər gəlir əldə etmə və AccessBank-ın bankomatlarında komissiyasız nağdlaşdırma imkanını yaradır.

AccessBank-ın ödəniş kartlarının bütün sahibləri üçün Bank bir çox əlavə xidmətlər təqdim edir:

MyAccess - 24/7 rejimində vəsaitləri idarə etmək üçün pulsuz onlayn bankinq xidməti

AccessQazanc xərclənən məbləğin bir hissəsinin müştərinin kartına geri qaytarılması üçün cashback xidməti

SMS Banking - aparılan əməliyyatlar haqqında SMS-məlumatlandırma xidməti

Card-to-Card - bankomat vasitəsilə bir kartdan digər karta pul köçürmək imkanı

PİN Change - bankomat vasitəsilə PİN kodunun tez və rahat dəyişməsi

3D Secure - onlayn əməliyyatların əlavə təhlükəsizliyini təmin edən xidmət

Cash by Code – bank kartı olmayan şəxsə bankomat vasitəsilə kartdan pulun rahat və təhlükəsiz köçürülməsi.

Kart məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi İnternet saytından, Facebook səhifəsindən və 151 nömrəsi ilə Bankın Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment