1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AFB Bank”-ın rəhbərliyində yeni təyinatlar
02.08.2017

Baki, FinanceTime.   “AFB Bank” ASC-nin rəhbərliyində dəyişiklik baş verib. Elnur Qurbanov “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsindən məzun olmuş Elnur Qurbanov 1999 – 2002-cı illərdə “KPMG Azerbaijan”,  2002 – 2017-ci illərdə Deloitte şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışıb. 2008-2017-ci illərdə Deloitte şirkətinin MDB üzrə partnyoru olub. Elnur Qurbanov 2003-cü ildən Londonda yerləşən Beynəlxalq Mühasiblər Assosiasiyasının fəxri üzvüdür. O, “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində Vüsal Eynullayevi əvəz edib. V.Eynullayev isə “Gilan Holdinq” MMC-də maliyyə məsələləri üzrə məsul şəxs təyin olunması ilə əlaqədar “AFB Bank” ASC-də fəaliyyətini bundan sonra Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.

Bundan başqa, Zaur Qaraisayev “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsini bitirmiş Z.Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2002 - 2017-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 2010-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2017-ci ilin yanvar ayından "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müşaviri olub.

28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankının 253 saylı lisenziyasını almış “AFB Bank” ASC 2009-cu ilin fevralından fəaliyyətdədir. “AFB Bank” ASC-nin xidmət şəbəkəsi mərkəzi ofisdən başqa 10 filialı, 3 şöbəni, 1 mübadilə şöbəsini və 50 ATM-i özündə birləşdirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment