1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab” və “Delta Telecom” Azərbaycan istifadəçilərinin kibertəhlükəsizliyini gücləndirəcək
02.08.2017

Baki, FinanceTime. “Kaspersky Lab” və “Delta Telecom” şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu müqavilə sayəsində şirkətin müdafiə həllərinin bütün yenilənmələri Azərbaycan istifadəçilərinə regionun ən böyük internet-provayderi olan milli serverlərdən daxil olacaq. Bu yanaşma antivirus bazalarına yeni kibertəhlükələr haqqında məlumatın çatdırılması prosesini asanlaşdırır və sürətləndirir. Artıq Azərbaycan istifadəçiləri əmin ola bilərlər ki, rəqəmsal dünyanın ən aktual təhlükələrindən qorunurlar. Bununla belə, bütün yenilənmələr avtomatik olaraq arxa fon rejimində yüklənilir ki, bu da cihazların işləmə sürətinə əks-təsir göstərmir.

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri hər gün 300 min zərərli proqram nümunəsi emal edirlər ki, bu da kibertəhlükələrin hansı sürətlə inkişaf etməsindən xəbər verir. Bu tendensiyanı həm də rəqəmsal təhlükələrlə üzləşən istifadəçilərin artan sayı da sübut edir. “Kaspersky Lab” şirkətinin “Kaspersky Security Network” (KSN) bulud müdafiə infrastrukturundan əldə etdiyi daxili statistikaya əsasən, son 12 ayda kibertəhlükələrlə üzləşən Azərbaycan istifadəçilərinin sayı 77%-dən (2016-cı ilin iyul ayı) 83%-dək (2017-ci ilin iyul ayı) yüksəlib.

“Bizim üçün ən əsas prioritet müştərilərimizə təklif etdiyimiz həll və xidmətlərin keyfiyyətidir. Biz daimi olaraq istifadə olunan texnologiyanın mükəmməlliyinə can atır, bütün yollarla təklif etdiyimiz xidmətlərin səviyyəsini artırmağa çalışırıq. “Kaspersky Lab” şirkəti ilə əməkdaşlıq bu istiqamətdə atılan önəmli addımdır. Resurslarımızın və imkanlarımızın birləşdirilməsi, şübhəsiz ki, Azərbaycanda istifadəçilərin yüksək texnologiyalar sahəsində maksimum üstünlük qazanmasına səbəb olacaq”, - deyə “Delta Telecom” şirkətinin Məlumatların emalı departamentinin rəhbəri Rüfət Talıbov bildirib.

“Biz istifadəçiləri kibertəhlükələrdən qorumaqla yanaşı, həm də istənilən insanın və təşkilatın iş və həyatının rəqəmsal dünyada maksimum rahat və sakit olmasını istəyirik. Məmnunuq ki, Azərbaycanın aparıcı internet-provayderi olan “Delta Telecom” şirkəti bizimlə eyni baxışı bölüşür. Əminəm ki, bu əməkdaşlıq ölkədə informasiya texnologiyaları bazarının inkişafına öz müsbət təsirini göstərəcək”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment