1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan brendi “ASAN xidmət” İndoneziya mətbuatında
27.07.2017

Baki, FinanceTime.  Xəbər verdiyimiz kimi, 24-26 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub.

Səfər zamanı Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanın nümayəndə heyətinin İndoneziyaya səfəri, keçirilən görüşlər, İndoneziyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelini seçməsi bu ölkənin aparıcı mətbu orqanlarında əsas mövzularından birinə çevrilib və geniş işıqlandırılıb.

Belə ki, İndoneziyanın nüfuzlu mətbu orqanlarında “ASAN xidmət” modeli və onun uğurları xüsusi yer alıb, “ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi vurğulanıb.

Bundan başqa, dərc olunmuş məqalələrdə İndoneziya və Azərbaycan əməkdaşlığının əhəmiyyətindən bəhs olunub, imzalanmış Anlaşma Memorandumunun qarşılıqlı əməkdaşlığın inkişafı, xüsusilə də ictimai xidmətlərin təkmilləşdirilməsi sahəsində uğurlu addım olduğu bildirilib.

Ətraflı:

1. https://www.menpan.go.id/berita-terkini/7156-pacu-eodb-menpanrb-gandeng-azerbaijan

 2. http://m.liputan6.com/bisnis/read/3033280/tingkatkan-pelayanan-publik-ri-berguru-ke-azerbaijan  

3. https://m.merdeka.com/uang/indonesia-gandeng-azerbaijan-kembangkan-mall-pelayanan-publik.html  

4. https://www.menpan.go.id/berita-foto/7158-chairman-asan-xidmat-azerbaijan-kunjungi-bkpm  

5. http://m.jpnn.com/news/kejar-peringkat-40-besar-menpan-rb-gandeng-azerbaijan  6. https://m.detik.com/news/berita/d-3571290/surabaya-batam-jadi-percontohan-one-stop-service-pelayanan-publik  

7. http://metrobali.com/2017/07/25/chairman-azerbaijan-inam-karimov-kunjungi-graha-sewaka-dharma/  

8. https://ipji.org/2017/07/24/pelayanan-publik-terintegrasi-indonesia-kerjasama-dengan-azerbaijan/  

9. https://www.youtube.com/watch?v=sV6UGIgKQNc


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment