1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin (EASA/EAP) ikinci iclası keçirilmişdir
24.07.2017

Baki, FinanceTime.  Kiyevdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak etmişdirlər.

İşçi qrupunun ilk görüşü ötən ilin iyul ayında Kişinyovda keçirilmişdi. Layihə Avropa İttifaqı Şurası tərəfindən maliyyələşdirilir və 4 il müddətinə nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi dayanıqlı mülki aviasiya administrasiya sisteminin təmin olunmasında iştirakçı dövlətlərin aviasiya qurumlarına yardım göstərilməsi, habelə uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qaydaların Avropa standartları ilə harmonizasiyasıdır. Layihəyə həmçinin yük və poçt aviasiya təhlükəsizliyi komponenti da daxil edilmişdir.

İclasda ötən il ərzində görülən işlər barədə məlumat verilmiş, proqram çərçivəsində gələcək addımlar müzakirə olunmuş və EASA komandası tərəfindən hər bir iştirakçı dövlət üçün işlənib hazırlanmış təlim layihələri nəzərdən keçirilmişdir.

Müzakirələr zamanı xüsusi diqqət Avropa qaydalarının iştirakçı dövlətlərin milli qanunvericiliyi ilə adaptasiyası, qərb və şərq aviasiya texnikasının birgə istismarına imkan verən qaydalar, pilotsuz uçuş aparatlarının ("dronlar") əməliyyatlarının tənzimlənməsi və qeydiyyatı üzrə qaydaların işlənib hazırlanması, həmçinin dövlətlər tərəfindən uçuşların təhlükəsizliyinin təmin olunmasının yoxlanılması üzrə İCAO-nun universal proqramı çərçivəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində iştirakçı dövlətlər arasında məlumat və təcrübə mübadiləsinə yetirilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment