1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“LuziAG”Azərbaycanı regional xab kimi qiymətləndirir
19.07.2017

Baki, FinanceTime.  İsveçrənin ətriyyat kompozisiyaları istehsalçısı olan “Luzi AG” şirkəti məhsullarının Qafqaz və Mərkəzi Asiyada inkişaf etdirilməsi üçün Azərbaycanı regioanl xab kimi qiymətləndirir.

Yerli bazarda “Luzi AG” şirkətinin məhsulları 10 ildən çoxdur tanınır. Şirkət 2014-cü ildə məhsullarının aktiv inkişaf etdirilməsinə başlayıb və artıq 2017-ci ilin fevral ayında isə Bakıda regional nümayəndəliyini açıb. Hazırda “Luzi AG” Azərbaycanda ətriyyat və kosmetika məhsullarının istehsalçıları ilə əməkdaşlıq edir, həmçinin yerli şəxsi gigiyena vasitələri və məişət kimya məhsullarının istehsalçıları ilə aktiv danışıqlar aparır.

“Luzi AG”nin icraçı direktoru Yurq Kollerin (Jürg Koller) sözlərinə görə, iki il ərzində şirkət realizə etdiyi məhsullarının həcminin artırmaq və ətriyyat kompozisiyaları bazarında liderlərdən birinə çevrilmək niyyətindədir.

«”Luzi AG”şirkəti Yaxın Şərq regionu ölkələrinin bazarlarında təmsil olunur və bu regionun aparıcı hazır məhsul istehsalçılarının inamını qazanıb. Bizi BƏƏ, İran və Fars körfəzinin digər ölkələrində çox yaxşı tanıyarlar. Son illər ərzində Dubayda olan məhsullarımız Azərbaycandan və Qazaxıstandan aktiv şəkildə satın alınır, məhz bu səbəbdən də Bakıda rəsmi nümayəndəliyin açılmasını qərara aldıq. Planlaşdırırıq ki, Azərbaycan nümayəndəliyimiz nəinki yerli bazarı əhatə edəcək, həmçinin Qafqaz və Orta Asiya bazarlarında məhsullarımımzn inkişaf etdirilməsində xab rolunu oynasın. Artıq ofisimizdə Azərbaycan və Qazaxıstanda biznesin inkişafı üzrə menecerlərimiz fəaıiyyət göstərir”, - deyə Yurq Koller bildirib.

Y. Koller onu da əlavə edib ki, şirkət Azərbaycan bazarına yeni çıxıb və məhz buna görə hazırkı tədarükçünü yenisinə dəyişmək istəyən müştəriləri tapmaq elə də asan deyil: “Azərbaycan bazarında şirkətin məhsulları qiymətinə görə rəqabətqabiliyyətlidir. Onu deyə bilərəm ki, bazarda digər analoji məhalullarla müqayisədə biz orta, hətta ortadan bir qədər yuxarı kateqoriyadayıq. Onu da xatırlatmaq istərdim ki, yüksək keyfiyyətli məhsul ucuz satıla bilməz”.

Əsası 1926-cı ildə Sürixdə (İsveçrə) qoyulan “Luzi AG” şirkəti Avropanın ən qocaman ətriyyat kompozisiyaları istehsalçısıdır. Şirkətin sifarişçiləri sırasında həm kütləvi, həm də eksklüziv kateqoriyalara aid olan ətriyyat istehsalçıları mövcuddur. Hazırda şirkət 100-dən çox ölkədə təmsil olunur. Şirkət özünü bütün ekoloji standartlara cavab verən keyfiyyətli məhsul istehsalçısı kimi sərgiləndirir. Sözügedən sənayenin nəzarət orqanı sayılan Ətirli Maddələr üzrə Beynəlxalq Assosiasiyanın (IFRA) üzvü olan bu şirkətin bütün istehsal prosesi İsveçrədə həyata keçirilir. Ətriyyat kompozisiyalarının istehsalı zamanı “Luzi AG” 1 800-ə yaxın müxtəlif növ inqrediyentlərdən istifadə edir ki, bunların sırasında İtaliyanın sitrus cövhəri, Meksikanın liman yağı, Bolqarıstanın qızıl gül yağı, İndoneziyanın paçuli yağı, Madaqaskarın vanil yağı və s.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment