1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


DəmirBank 100-ə yaxın yeni işçi götürdü
18.07.2017

Baki, FinanceTime.   2017-ci ilin birinci yarısında 94 yeni əməkdaş DəmirBank ailəsinə qoşulub.İşə qəbul olunanlar sırasında İT, xəzinədarlıq, hüquq kimi müxtəlif sahələr üzrə department direktorları, şöbə müdirləri və mütəxəssislər var.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır, vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçirilirlər.

DəmirBank əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu yüksəltmək məqsədi ilə təhsil və təcrübə almalarına daim dəstək göstərir. Belə ki, Bank əməkdaşlarına mütəmadi olaraq müxtəlif tanınmış xarici və yerli təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim müəssisələrinin layihələrindən istifadə imkanlarını da gerçəkləşdirir. 

DəmirBank-ın hazırda aktiv olan vakansiyaları haqda http://demirbank.az/vakansiyalar/ saytından detallı məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, 28 illik zəngin tarixə malik DəmirBank-ın 11 beynəlxalq investor tərəfindən məcmu kapitalının artırılması qərarı verilmişdir. Məcmu kapitalın əhəmiyyətli dərəcədəartırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.

 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

 http://www.demirbank.az

www.facebook.com/demirbank.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment