1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və turizm naziri Şəmkirdə vətəndaşlarla görüşüb
19.07.2017

Baki, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra nazir Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Qəbula yazılan Şəmkir sakinləri rayonda miniatür sənət məktəbinin açılması, Yeni Həyat kənd klubunda aşıq dərnəyinin yaradılması, turizmin inkişaf etdirilməsi və rayon ərazisindəki tarixi abidələrə ekskursiyaların təşkili barədə xahişlərini diqqətə çatdırıblar.

Ağstafadan qəbula gələn vətəndaşlar tərəfindən Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun yaradılmasının 10 illiyi münasibətilə “Keşikçidağ və ətraf ərazilərdə qədim yaşayış düşərgələri” adlı beynəlxalq elmi-praktiki konfransın keçirilməsi, rayonda Turizm informasiya mərkəzinin yaradılması, Ağstafa Dövlət Rəsm Qalereyasının ekspozisiyasının zənginləşdirilməsi, rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsinə dəstək verilməsi barədə müraciətlər edilib.

Daşkəsən sakinləri milli kətə və fəsəli festivalının keçirilməsi, mədəniyyət müəssisələrinə ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Gədəbəy sakinləri tərəfindən “Əli və Nino” filminin çəkildiyi ərazilərə turizm məqsədilə turların təşkil olunması, rayonda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı təkliflər səsləndirilib.

Göygöl rayonundan qəbula gələnlərin müraciətləri Göygöl və Maralgöl ərazisində kanat yollarının salınması, rayon ərazisində alman məskənlərinə aid 5 küçənin qoruq elan edilməsi və digər məsələlər barədə olub.

Qazax sakinləri Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycanın görkəmli rəssamların əsərlərindən ibarət sərgilərin təşkil olunması və rayondakı 2 saylı Uşaq musiqi məktəbində nağara sinfinin açılmasına köməklik göstərilməsini xahiş ediblər.

Tovuz rayonundan qəbula gələnlərin müraciətləri Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində eksponatlarının bərpa edilməsi və digər məsələlər barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən edilən müraciətlər ümumi işimizin daha səmərəli olmasına zəmin yaradır. Qeyd edilib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı təşəbbüskarlığı təqdirəlayiqdir. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayan nazir bununla bağlı səslənən təkliflərin də nəzərdən keçiriləcəyini deyib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment