1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib
14.07.2017

Baki, FinanceTime.  Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail olmağa davam edir. Belə ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Müştəri xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş ilk və yeganə mobil operator olan “Nar” bu sahədə yüksək göstəricilərə nail olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə “Nar” mobil operatorlar arasında ən yüksək nəticəni göstərə bilib. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də “Facebook”, “Twitter”, “Instagram” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.

2017-ci ilin ilk yarısının nəticələrinə əsasən, sosial şəbəkələr üzərindən daxil olmuş sorğuların 100%-i “Nar” sosial media komandası tərəfindən cavablandırılıb. Bu dövrdə daxil olmuş müraciətlərin 99%-i bir saat ərzində öz həllini tapıb, sorğuların uğurla cavablandırılma müddəti orta hesabla cəmi 13 dəqiqə təşkil edib. Müştəri yol xəritəsinə görə (Customer Journey), “Nar” sosial media komandasına daxil olmuş müraciətlərin 85%-i cəmi 2 ismarışdan sonra müvəffəqiyyətlə həllini tapıb.      

Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub. “Nar” abunəçiləri özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinetə daxil olmaqla, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yüksəkkeyfiyyətli müştəri xidmətlərindən yararlana bilərlər.  

“Nar” Müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilıb. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.  2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment