1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dünyanın ən çox gözlənilən premyerasını AZERCELL-lə izlə!
14.07.2017

Azercell abunəçiləri “Taxt oyunları” (“Game of Thrones”) serialının yeni mövsümünün premyerasını seyr edə biləcəklər

Baki, FinanceTime.  Azercell öz abunəçilərinə dünyanın ən məşhur seriallarını yüksək keyfiyyətlə və nümayiş günü izləmək imkanını verir. Azercell-in partnyorları olan KATV1 və Mobisky-ın dəstəyi ilə yaradılan www.kinoserial.az saytında abunəçilər HBO, Showtime, CBS, FOX kimi studiyaların təqdim etdiyi məşhur seriallara premyera günündə baxa biləcəklər.

Kinoserial layihəsinə dünya üzrə ən çox baxılan seriallar daxildir. Bunlar arasında HBO, Showtime, CBS, FOX, BBC, Netflix, Starz, Sky, Sony Pictures və digər studiyaların təqdim etdiyi filmlər yer alır. Kinoserial paketində hər janrda – romantik, qorxu, triller, fantastika və digər növ serialları tapmaq olar. Burada ilin gözlənilən premyeralarını, həmçinin mövsümün bütün bölümlərini kəsintisiz izləmək mümkündür.

17 iyul tarixində istifadəyə veriləcək “Azercell+Video” xidməti vasitəsilə Azercell abunəçiləri bütün dünya seyrçiləri ilə birlikdə məşhur “Taxt Oyunları” serialının çoxdandır gözlənilən 7-ci mövsümünün beynəlxalq premyerasını izləyə biləcəklər.

Dünyanın ən yaxşı seriallarını izləmək üçün www.kinoserial.az saytına daxil olub, mobil nömrə ilə qeydiyyatdan keçmək lazımdır. Xidmətdən gündəlik istifadə haqqı cəmi 0.33 AZN təşkil edir. Azercell abunəliyi sayəsində hər gün istənilən sayda filmi izləmək olar.

Xidmətin üstünlüyü həm də ondan ibarətdir ki, tamaşaçı serialları özünə uyğun vaxtda, yüksək keyfiyyətli görüntü və reklam fasiləsi olmadan izləyə biləcək. Bununla serialın hansısa kanalda nümayişini gözləməyə ehtiyac qalmayacaq. Digər tərəfdən, abunəçilər istənilən yerdə asanlıqla sevimli seriallarını smartfon, planşet və ya kompüterdən günün istənilən saatında izləyə biləcəklər. Bunun üçün sadəcə internet və Azercell nömrəsinin olması kifayətdir.

Məlumat üçün qeyd edək ki, kinoserial.az saytında artıq “Taxt Oyunları”, “Amerikan qorxu əhvalatları”,  “Gənc Papa”, “Sevgililər”, “Yeddi ölümcül günah”, “Vəhşi Qərbin dünyası”, “Yaxşı mübarizə” və digər serialların nümayişi təşkil olunur. Hazırda seriallar rus və ingilis dillərində təqdim edilir. Bir çox serialın isə ilin sonuna qədər Azərbaycan dilinə dublyaj ediləcəyi gözlənilir.

Kinosevərlər “Azercell+Video” xidməti çərçivəsində dünyanın aparıcı studiyalarının təqdim etdiyi televiziya hitlərini izləməklə daim öndə olacaqlar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment