1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber” və “Yandex” gedişlərin online sifarişi bizneslərini birləşdirir
14.07.2017

Baki, FinanceTime.   “Yandex” və “Uber” şirkətləri Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan və Qazaxıstan ərazisində gedişlərin online sifarişi bizneslərini bir şirkət daxilində birləşdirilməsinə dair saziş imzalayıblar.

Sazişin şərtlərinə əsasən,“Uber”və“Yandex” yeni şirkətin dəyərini $3,725 mlrd qiymətləndirərərk şirkətə$225 mln və $100 mln məbləğində sərmayə yatıracaq. Bu yatırımları və mümkün ola bilən düzəlişləri nəzərə almaqla müqavilənin bitməsi zamanı şirkətin 59,3%-i “Yandex”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isə şirkətin əməkdaşlarına məxsus olacaq.

Yeni şirkətin “Yandex”in xəritəçəkmə və naviqasiya xidmətləri, eyni zamanda, axtarış sistemləri üzrə bilik və texnologiyaları, habelə “Uber”in gediş sifarişləri və online xidmətlər üzrə dünya liderliyi təcrübəsindən yararlanmaq imkanı olacaq. Bu da öz növbəsində istifadəçilərin və sürücülərin bütün tələbatlarını ödəməyə, həmçinin şəhər və regionlarda nəqliyyat infrastrukturunu inkişaf etdirməyə kömək edəcək və dinamik şəkildə irəliləyən və sabit biznes qurmaq üçün şərait yaradacaq.

Sazişin bağlanmasından sonra həm “Yandex.Taksi”, həm də “Uber”tətbiqləri gediş sifarişlərini online şəkildə həyata keçirmək üçün əvvəlki qaydada istifadəçilərin ixtiyarında olacaq. Eyni zamanda, taksoparklar və sürücülər vahid texnoloji platformadan istifadəyə keçəcəklər ki, bu da avtomobil sifarişlərinin sayını artırmağa, onların çatma vaxtını və avtomobilin boş-boşuna hərəkətini azaltmağa, etibarlılığı artırmağa və xidmətin ümümilikdə əlçatan olmasına imkan yaradacaq.

“Bu birləşmə sadəcə şirkətlər üçün deyil, eləcə də istifadəçilər, sürücülər və şəhərlər üçün sərfəlidir. Bu saziş “Uber”in regionda müstəsna irəliləyişini təsdiqləyir və gələcəkdə beynəlxalq dayanıqlı biznesin qurulmasına da bilavasitə təsir edəcək”, - deyə “Uber”in Avropa, Yaxın Şərq və Afrika regionu üzrə rəhbəri Pyer-Dimitri Qor-Koti (Pierre-Dimitri Gore-Coty) bildirib.

Saziş “Uber” və “Yandex” şirkətlərinin Direktorlar Şurası tərəfindən təsdiqlənib. Hazırda tənzimləyici orqanlar tərəfindən təsdiqlənməsi gözlənilir, sazişin tam bağlanması isə 2017-ci ilin IV rübünə planlaşdırılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment