1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard” və BMT-nin Ümumdünya Ərzaq Proqramı “100 milyon ərzaq bağlaması” təşəbbüsünə start veriblər
10.07.2017

Baki, FinanceTime.   “Global Citizen Festival 2017” musiqi festivalı zamanı qlobal ödəniş texnologiyaları şirkəti “Mastercard” və BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) aclıq və səfalətin kökünü kəsməyə yönəlmiş birgə səylərin davamı olaraq yeni təşəbbüs irəli sürüblər. Bunun üçün tərəfdaşlar “Mastercard”ın innovativ rəqəmsal texnologiyalarının işlənib hazırlanmasıtəcrübəsilə və ÜƏP-in ərzaq yardımlarının təşkili və sosial cəhətdən həssas qruplar üçün davamlı inkişaf proqramlarının həyata keçirilməsi təcrübəsini birləşdirməyi qərara alıblar. “100 milyon ərzaq bağlaması” qlobal təşəbbüsdür və məqsədi bütün dünyada ehtiyacı olan insanları ərzaqla təmin etmək üçün kifayət qədər vəsait toplamaqdır.

Nağd pul və aclığın mövcud olmadığı bir dünya qurmaq missiyasını reallaşdıran “Mastercard” ÜƏP-lə BMT-nin dörd “Davamlı inkişaf məqsədi“olanvə yoxsulluq və aclığın aradan qaldırılması, keyfiyyətli təhsil təminatı və gender bərabərliyini dəstəkləyən, yoxsulluq zəncirini qırmağa yönəlmiş ilk qlobal saziş imzalayıblar. Sazişinşərtləri çərçivəsində“Mastercard” və ÜƏP qarşılarına çox iddialı məqsəd qoyublar: növbəti 12 ay ərzində bütün dünyada maksimum sayda insanı ərzaq bağlamaları ilə təmin etmək.

“Yoxsulluq olmayan bir dünya qurmaq və səfalət zəncirini qırmaq üçün “Mastercard” və ÜƏP artıq bir sıra innovativ layihəhəyata keçiriblər. “100 milyon ərzaq bağlaması” təşəbbüsümüz ən çox ehtiyacı olanları və sosial cəhətdən müdafiə olunmayan insanları zəruri məhsullarla təmin edəcək. Biz “Mastercard”ın texnoloji ekspertizası və ödəniş məhsullarını yaratmaq təcrübəmiz ilə ÜƏP-in ərzaq yardımını çatdırılma xidmətini birləşdirməyi düşünürük. Bu innovasiyaları tətbiq etməyə və beləliklə də dünyanın istənilən yerində hər kəsin maliyyə xidmətlərindən istifadə etməsi üçün imkan yaradacaq. Bundan əvvəl həyata keçirdiyimiz birgə layihələr nəticəsində artıq 17 milyondan çox ərzaq bağlamaları insanlara çatdırılıb. Yeni saziş iddialı məqsədimizə nail olmaq üçün növbəti addımdır. Beləliklə, insanlar üçün daha çox imkanlar açılacaq və daha bərabər hüquqlu dünya yaranacaq”, - deyə “Mastercard” şirkətinin beynəlxalq bazarlar üzrə prezidenti Enn Kerns bildirib.

BMT-nin Ümumdünya ərzaq proqramının icraçı direktoru Devid Bizli qeyd edib ki, “Mastercard”la uzun illər aparılan əməkdaşlıq ÜƏP-ə öz iş prinsiplərini dəyişdirməyə kömək edib: daha çevik və effektiv yanaşma sayəsində təşkilat çoxlu sayda insanlara yardım edə bilib: «“Mastercard”ın aclığı aradan qaldırmağa yönəlmiş layihələri sosial rifahın yaradılmasında özəl sektorun rolunun vacibliyinin bariz nümunəsidir. “Mastercard”ın 100 milyon şagirdi naharla təmin etmək niyyəti –  aclığı aradan qaldırmağa yönəlmiş və ÜƏP-lə birgə həyata keçirilən uğurlu mübarizədə atılan növbəti addımdır. İnsanların xilası, onların həyatının yaxşılaşdırılması və uşaqların xəyallarının gerçəkləşməsinəödəniş sistemi tərəfindən edilmiş töhfəhəqiqətən də qiymətsizdir».

İnsanları 100 milyon ərzaq bağlamaları ilə təmin edən bu təşəbbüs ekspertiza mübadiləsi və xeyriyyə kampaniyalarının həyata keçirilməsi“Mastercard”la ÜƏP-in əməkdaşlığını genişləndirəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment