1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Smart Start” proqramına seçilən gənclər Bakcell şirkətində təcrübə keçməyə başlayırlar
10.07.2017

Baki, FinanceTime.  Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətin Satış və Marketinq şöbələrində təcrübə keçməyə başlayırlar.

Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda, karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edəcəklər. Bakcell şirkəti 2 ayərzində təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün onlara müvafiq təqaüd ödəyəcək. Təcrübə proqramı başa çatdıqda isə bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təmin olunacaqlar.

Qeyd etmək lazımdır ki, bu il “Smart Start” proqramına maraq göstərən 1000-dən artıq gənc proqramda iştirak etmək üçün müraciət formasını təqdim edib. Onlardan 188 nəfər birinci seçim mərhələsindən keçərək şirkətin Kadrlar şöbəsi tərəfindən müsahibələrə dəvət olunub və bu mərhələni keçən 42 namizəd şirkətin Satış və Marketinq şöbələrində çalışan faktiki təcrübə rəhbərlərinin iştirakı ilə keçirilən müsahibələrdə iştirak ediblər. Təcrübə proqramında iştirak hüququnu isə yalnız 8 gənc qazana bilib.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş bu proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, hal-hazırda “Smart Start” təcrübə proqramının məzunlarından 12 nəfəri artıq Bakcell şirkətinin müxtəlif şöbələrində işlə təmin olunub, digər məzunlar isə şirkətdə yeni yaranan vakansiyalara potensial namizəddirlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment