1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AGBank T24 əməliyyat sistemini təkmilləşdirdi
10.07.2017

Baki, FinanceTime. Azərbaycanın aparıcı banklarından biri olan AGBank ASC müştəri məmnuniyyətini artırmaq, aparılan əməliyyatların effektivliyini yüksəltmək məqsədilə mövcud əməliyyat sistemində təkmilləşdirmə işlərini yekunlaşdırıb. Belə ki, bankda mövcud T24 bank sisteminin daha təkmil modelinin tətbiqinə start verilib.

AGBank ASC-də elektron infrastrukturun strateji inkişafı çərçivəsində mövcud T24 sistemində təkmilləşdirmə aparılıb. Bu yenilik sayəsində AGBank müştəriləri daha qısa müddət ərzində daha yüksək keyfiyyətli xidmət əldə edəcəklər. Sistemin yenilənmiş variantı əməliyyatların aparılması vaxtını qısaldır, onların müxtəlifliyini artırır. Təkmilləşdirmə sayəsində sistemdə riskləri minimallaşdırmaq, hesabatları və xərcləri optimallaşdırılmaq mümkün olacaq.

Artıq bankın bütün şöbə və filiallarında T24 sisteminin təkmil variantı tətbiq edilir. Bu sistemdən kredit və depozitlər, hesab üzrə əməliyyatlar və ödənişlər, kassa xidməti, maliyyələşmə ilə bağlı əməliyyatların hamısında istifadə olunur. T24 modeli əməliyyatların fasiləsiz olaraq - həftənin 7 günü, sutkanın 24 saatı aparılmasına şərait yaradır. Sistem əməliyyat risklərini azaltmağa, informasiya texnologiyalarının inkişafı və dəstəklərməsinə lazım olan xərcləri azaltmağa imkan verir.

T24 Model- avtomatlaşdırılmış bank sisteminin proqram təminatıdır. Bu sistem Temenos şirkətinin ən yaxşı praktik təminatlarından biri sayılır. Dünyanın 150-yə yaxın ölkəsində 1000-dən çox maliyyə qurumunda uğurla tətbiq olunur. Bu proqram fərdi və korporativ biznesin, o cümlədən irimiqyaslı özəl kapitalın idarəolunmasında, mikromaliyyələşdirmədə, universal banklar və İslam banklarında işlədilir. Qeyd etmək istərdik ki, AGBank ASC 2011-ci ilin Mart ayından T24 sistemini istifadə edir.

Dünyanın aparıcı bankları bazarın tələbatına uyğun hazırlanmış innovasiya məhsul və xidmətləri uğurla reallaşdırmaq üçün T24 sistemindən istifadə edirlər. Mövcud maliyyə bazarında məhz AGBank ASC-nin T24 sistemini təkmilləşdirməsi bankın müştərilərin istəklərini maksimum effektiv dərəcədə ödəmək niyyətində olduğunun göstəricisidir.

1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.

AGBank. Zəngin olmaq haqqınızdır!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment