1 USD 1.7000   1 EUR 1.9635   1 AED 0.4628   1 ARS 0.0463   1 AUD 1.2084   1 BRL 0.4497   1 BYN 0.8000   1 CAD 1.3052   1 CHF 1.7167   100 CLP 0.2502   1 CNY 0.2457   1 CZK 0.0761   1 DKK 0.2632   1 EGP 0.0948   1 GBP 2.2293   1 GEL 0.6421   1 HKD 0.2169   100 IDR 0.0112   1 ILS 0.4683   1 INR 0.0230   100 IRR 0.0040   100 JPY 1.5174   1 KGS 0.0245   100 KRW 0.1499   1 KWD 5.6039   1 KZT 0.0046   100 LBP 0.1126   1 MDL 0.1002   1 MXN 0.0900   1 MYR 0.4089   1 NOK 0.2078   1 NZD 1.1058   1 PLN 0.4570   1 RUB 0.0257   1 SAR 0.4532   1 SDR 2.3753   1 SEK 0.1895   1 SGD 1.2330   1 TJS 0.1804   1 TMT 0.4857   1 TRY 0.2890   1 TWD 0.0550   1 UAH 0.0608   100 UZS 0.0207   1 XAG 24.8843   1 XAU 2077.6294   1 XPD 1822.3235   1 XPT 1430.8304   1 ZAR 0.1171   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Digər xəbərlər


“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” yaradıldı
07.07.2017

7 iyul 2017-ci il tarixində innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkətin arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycanın hazırkı inkişaf dövründə əsas hədəflərinin çoxşaxəli, innovasiya yönümlü iqtisadiyatın formalaşdırılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və beynəlxalq ixrac və rəqabət imkanlarının genişləndirilməsi olduğunu vurğulayıb.

İnam Kərimov həmçinin bildirib ki, son illər dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların nəticəsi olaraq beynəlxalq səviyyədə nümunəvi modellər tətbiq edilib və cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət” buna bir nümunədir. “ASAN xidmət”in məqsədlərindən biri məhz innovativ yeniliklərin dövlət xidmətlərinə tətbiq edilməsidir, buna misal olaraq dövlət xidmətlərinin elektronlaşdırılması, “ASAN ödəniş” sistemi, ASAN Viza və s. göstərmək olar.

Daha sonra çıxış edən “BestComp Group” şirkətinin Müşahidə Şurasının və növbəti 6 ayda ərzində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”n Müsahidə Şurasının sədri Rauf Həsənov Azərbaycanda istehsal olunan intellektual məhsulların heç də digər ölkələrin məhsullarından geri qalmadığını bildirib. O, Konsorsiumun yaradılmasının Azərbaycan şirkətlərinin dünya bazarına çıxışını asanlaşdıracağını, rəqabətədavamlı məhsulların istehsalına böyük imkan yaradacağını qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azexport” portalı və “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” vasitəsi ilə Konsorsium üzvlərinin məhsullarının ixrac edilməsi üçün hər bir dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Tədbirdə çıxış edən Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev Konsorsiumun yaradılmasının şirkətlər qarşısında yeni imkanlar açdığını və dövlət qurumu olaraq şirkətlərə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən son illər Azərbaycanda informasiya texnologiyaları və rəqamsal iqtisadiyyatın formalaşması üçün çox mühüm addımlar atılır və bugünkü tədbirin keçirilməsi də bu sahədə atılmış uğurlu addımlardan biridir.

Daha sonra çıxış edən şirkət rəhbərləri yaradılan Konsorsiumun Azərbaycanda innovasiya texnologiyaları sahəsinin inkişafına daha da təkan verəcəyini qeyd ediblər.

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ilk olaraq Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirir və bu sahədə fəaliyyət göstərən şirkətlərin İttifaqı hesab olunur. Bu ittifaq Konsorsiuma daxil olan şirkətlərin mənafelərini qoruyacaq və onları beynəlxalq bazarda təmsil edəcək.

İmzalanmış memorandumun məqsədi ölkəmizdə innovasiyalar sahəsində fəaliyyətin əlaqələndirilməsi, biznes mühitinin əlverişliliyinin, investisiya cəlb edilməsi və sahibkarlıq fəaliyyətinə dəstəyin artırılmasıdır.

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ölkəmizin beynəlxalq bazarda rolunun artırılmasında da əlverişli olacaq. Belə ki, Konsorsium beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN xidmət” təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsində böyük rol oynayacaq.

Şirkətlər: “SİNAM”, “ULTRA”, “Best Solution”, “Neuron”, “İdrak”, “Cybernet”, “BESTCOMP, GROUP”, “GoldenPay”, “R.I.S.K COMPANY”, “İnnovasiyalar Mərkəzi”

 





18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri
20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment