1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“PAŞA Həyat” ölkənin ən uzunmüddətli maarifləndirmə layihəsi üzrə 100-cü təlimini keçib
07.07.2017

Baki, FinanceTime.   “PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində bu ilin iyul ayının 4-6-da “Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti – 100-cü təlimini təşkil edib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, müxtəlif universitetlərdən 40-a yaxın tələbənin iştirak etdiyi təlimdə təlimçi, Pərviz Quliyev tərəfindən tələbələrəsığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amilllər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar verib. Təlim zamanı tələbələrə həyat sığortası ilə bağlı müvafiq suallar verilib. Düzgün cavab verən tələbələr “PAŞA Həyat”ın xüsusi hədiyyələri ilə mükafatlandırılıb.

Təlimin sonunda şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev “Sığorta və sığorta mədəniyyəti” mövzusunda keçirilən təlimin ölkənin sığorta bazarında ən uzunmüddətli təlim layihəsi kimi qeyd edib: “Sözügedən təlimə 2013-cü ilin iyul ayından start verilib. Artıq 4 ildir ki bu təlim davam edir. İndiyədək 2500-ə yaxın tələbə bizim təlimlərdən yararlanıb.Danılmazdır ki,“Sığorta və sığorta mədəniyyəti” mövzusunda keçirilən təlim Azərbaycan sığorta bazarında ən uzunmüddətli təlim layihəsidir. Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin, sığorta sahəsində bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır”.

E.Hüseynquluyev bildirib ki, bu təlimlər əhalinin sığorta sahəsində maarifləndirilməsi üçün ən uğurlu layihələrmizdən biri hesab olunur. Lakin bazarda yalnız “PAŞA Həyat” tərəfindən bu layihənin həyata keçirilməsi o demək deyil ki bütün əhali bu sahədə maaarfləndirilir. Düşünürəm ki,bu işə tənzimləyici orqanın dəstəyi ilə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri cəlb olunmalıdır. 

Sonda şirkət rəsmisi rəhbərlik adından bütün iştirakçıları təbrik etmiş və onlara təlimlərə maraq göstərdiklərinə görə təşəkkürünü bildirib.Daha sonra tələbələrlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment