1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA-nın rəhbərliyi dünyanın ən böyük bankının nümayəndələrini qəbul edib
07.07.2017

Baki, FinanceTime. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, ABA-nın icra aparatının rəhbəri Yunus Abdulov, “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankının (Industrial and Commercial Bank of China - ICBC) nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qonaqlara ölkə iqtisadiyyatı, hazırda aparılan geniş islahatlar, investisiya imkanları və Azərbaycan bank sektoru barədə məlumat verilib, həmçinin ABA-nın bank-maliyyə sahəsindəki fəaliyyəti, müvafiq dövlət orqanları və öz üzvləri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Bankın nümayəndələri ICBC-nin beynəlxalq və regional işləri, əlaqədar strateji hədəfləri, region ölkələri və xüsusilə də ölkəmizlə əlaqədar biznes maraqları barədə fikirləri ilə bölüşüb və Azərbaycan bank sektoru ilə bağlı maraqlarını ifadə ediblər.

Həmçinin görüşdə ABA ilə ICBC arasında əməkdaşlıq imkanları müzakirə edilib. 

Qeyd edək ki, 1984-cü ildə əsası qoyulan ICBC-nin aktivləri hazırda 3.47trilyon dollartəşkil edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment