Baki, FinanceTime. 05 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100457Ss aylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 100 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7investor tərəfindən 9 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 320,429,500.00AZN təşkil etmişdir.
Sifarişlər99.2278 AZN (10.01%)qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti –99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar05.07.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi02.08.2017-ci ildir.