1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan nümayəndə heyəti Brüsseldə “Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların növbəti mərhələsində iştirak etmişdir
05.07.2017

Baki, FinanceTime.  İyulun 4-5-də Belçikanın Brüssel şəhərində Avropa İttifaqının Nəqliyyat Departamentində “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilmişdir.

Danışıqlarda Azərbaycan tərəfdən Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə Dövlət Mülki Aviasiya Administrasiyasının və Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin əməkdaşları, o cümlədən Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olmuşdur.

Səmimi və açıq şəkildə keçirilmiş görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini ərz etmişdir.

Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilmiş, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilmişdir. Görüşün nəticəsi olaraq protokol imzalanmışdır.

Danışıqların növbəti – 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınmışdır. O zamana kimi Azərbaycan Respublikasının digər nazirlik və komitələrinin rəyləri nəzərə alınaraq operativ şəkildə Avropa İttifaqı və üzv dövlətlərinə bildirilməsi və Bakıda keçiriləcək görüşdə artıq sazişin yekun variantının hazırlanması gözlənilir. 

“Vahid aviasiya məkanı haqqında Saziş” layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Əməkdaşlıq və tərəfdaşlıq haqqında” yeni Sazişin imzalanması gözlənilir”, - deyə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədov görüşdə  çıxış edərək bildirmişdir.

Onun sözlərinə görə, sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək.

Arif Məmmədov həmçinin Azərbaycanın mülki aviasiya sahəsində artıq müəyyən müsbət əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment