1 USD 1.7001   1 EUR 2.1060   1 AED 0.4629   1 ARS 0.0854   1 AUD 1.3476   1 BRL 0.5258   1 BYN 0.8672   1 CAD 1.3520   1 CHF 1.8268   100 CLP 0.2859   1 CNY 0.2681   1 CZK 0.0832   1 DKK 0.2828   1 EGP 0.0960   1 GBP 2.3763   1 GEL 0.6877   1 HKD 0.2173   100 IDR 0.0125   1 ILS 0.4849   1 INR 0.0264   100 IRR 0.0038   100 JPY 1.5921   1 KGS 0.0249   100 KRW 0.1590   1 KWD 5.6759   1 KZT 0.0053   100 LBP 0.1123   1 MDL 0.1024   1 MXN 0.0917   1 MYR 0.4369   1 NOK 0.2180   1 NZD 1.2513   1 PLN 0.5093   1 RUB 0.0301   1 SAR 0.4533   1 SDR 2.4818   1 SEK 0.2125   1 SGD 1.2929   1 TJS 0.1927   1 TMT 0.4857   1 TRY 0.4519   1 TWD 0.0584   1 UAH 0.0629   100 UZS 0.0208   1 XAG 28.1923   1 XAU 2280.3696   1 XPD 1755.9313   1 XPT 1709.9095   1 ZAR 0.1454   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Digər xəbərlər


“Kansai Paint” Bakıda ilk Dizayn Mərkəzini açıb
05.07.2017

Baki, FinanceTime. Yaponiyanın aparıcı boya və dekorativ örtük istehsalçısı olan “Kansai Paint” şirkəti Bakıda ilk Dizayn Mərkəzini açıb. Yeni açılmış mərkəz Bül-bül prospekti, 25 ünvanında müştəriləri qəbul etməyə hazırdır.

Yeni açılmış mərkəzdizayn, rəng seçimi, işıqlandırılma və məkanın düzgün planlaşdırılması xidmətlərinin hamısını bir arada axtaran ev və ofis sahiblərinə interyer dizaynına aid konsultasiyadan əlavə peşəkar rəngsazlar tərəfindən göstərilən xidmətləri də təklif edir. Müxtəlif boya nümunələri əks olunan geniş ekranlar, özünəməxsusitalyandekorativteksturalısuvaqlar və “Kansai Paint”in təcrübəli interyer dizaynerlərindənboya seçiminə dair ekspertməsləhətləridiqqətdən kənar qalmır. Mərkəzdə ev sahibləri və interyer dizaynlerlərininseçiminə 300-dən çox real nümunə təqdim olunur. Yaponiya şirkəti 2017-2018-ci illər ərzində bütün Azərbaycan ərazisində distribusiyaşəbəkəsinigenişləndirməyiplanlaşdırır. Mərkəzin daxili görünüşü elə qurulub ki, alıcılar özlərini evdəki kimi hiss etsinlər, bu da öz növbəsində kataloqda təqdim olunan 170-dən çox örtük növləri və 1500 müxtəlif rəng təkliflərini diqqətlə nəzərdən keçirməyə və ən düzgün seçim etməyə imkan verir.

Təşkil olunan təqdimat zamanı qonaqları salamlayan “Kansai Paint” şirkətinin regional brend üzrə marketinq meneceri Mark Vur biznesin tarixi, brendin məqsədləri və Azərbaycan bazarında gələcək inkişaf planları barədə məlumat verib. O, bildirib ki, Azərbaycan tikinti və interyer dizaynı bazarı dinamik sürətlə inkişaf edir və burada ən son texnologiyalarla hazırlanan məhsullara göstərilən diqqət getdikcə artır.

“Biz perspektivdə Azərbaycanda böyük imkanlar və fürsətlər görürük. Ev sahibləri yaşayış sahələrini təmir etmək və dəyişmək istəyirlərsə, biz də öz növbəmizdə əvəzolunmaz təkliflərimizlə bunu asanlıqla həyata keçirmək imkanını alıcılarımıza hiss etdirmək niyyətindəyik. Biznes nöqteyi-nəzərindən yanaşsaq,biz Azərbaycana tamamilə yeni ideyaları gətirmişik və dəyərlər baxımından əsaslandığımız yapon irsi müştərilərimizi ən yüksək xidmət ilə təmin etməyə imkan verir. “Kansai Paint” olaraq inanırıq ki, hər kəs gözəl evə layiqdir və biz bunun mümkünlüyünü alıcılarımız üçün bacardıqca sadələşdirmək istəyirik”, - deyə Mark Vur bildirib.

Dizayn Mərkəzinin meneceri Lalə Kəngərlinskaya qeyd edib ki, hər bir məkana uyğunlaşma tələbini və müxtəlif sektorlarda çalışarkən yerli ənənələri qorumaq şərtilə müasir texnologiyaların tətbiqi məqamını nəzərə alaraq “Kansai Paint” öz məhsul çeşidləri artırıb: “Ən yeni texnologiyalardan bəhrələnərək yaratdığımız məhsullar istənilən tikili növünü qorumaq və gözəlləşdirmək məqsədi daşıyır və istər yeni tikilmiş evin sahibi, istərsə də orijinal binanın tarixi gözəlliyini bərpa etməyə çalışan hotel sahibi olun – sizə zövqünüzü oxşayacaq məhsulları təklif edə bilərik”.

“Kansai Paint” şirkətinin regional marketinq meneceri Səid Abdulla Həsən bildirib: “Məqsədimiz regionda ən çox istifadə olunan boya və örtük istehsalçısı şirkəti kimi təmsil olunmaq və dekorasiya prosesini ev sahibləri üçün ən xoş təcrübələrdən birinə çevirməkdir. MDB ölkələrinin boya bazarlarında son 60 ildə heç bir dəyişiklik olmayıb və bu səbəbdənev sahibləri yaşayış sahələrini bəzəməyə çətinlik çəkirlər. Biz isə dekorasiya prosesini sadə, əlçatan və ən əsası zövq verici etmək istəyirik. Ailələrin dizayn mütəxəssislərimiz tərəfindən peşəkar məsləhətlərin alacağı və asan tapıla bilən yerlərdə gözəl salonların açılması məqsədimizə nail olmağaimkan yaradır”.

“Kansai Paint” ev sahiblərinin öz yaşayış sahələrini yeniləməkdə daha inamlı olmalarınaşərait yaradır və nəzərə alsaq ki, divar kağızı artıq ənənəvi bir tendensiyadır, bu zaman təklif olunan boyalar insanların evlərini bəzəmək mövzusunda regiona yeni seçimlər gətirir.

Açılış mərasimində bir çox dizaynerlər, memarlar, tanınmış şəxslər və KİV nümayəndələri iştirak edib. Qonaqlar təklif olunan dizaynlarla və nadir boyama növləri iləyaxından tanış olublar, həmçinin, rəssam və dizaynerlərlə müzakirə aparmaq imkanı əldə ediblər.

 

 

“Kansai Paint” haqqında:

“Kansai Paint” 100 illik tarixə məxsus bir şirkətdir və dünyada boya istehsalçıları arasında ilk onluqda yer alır. “Kansai” yanaşması sənətin və mənəvi həyatın əbədi gözəlliyini bir daha vurğulayır, ölkənin valehedici ruhu, inadkar çalışqanlıq və gözəlliyə sadiqlik arasında balans yaradır. 1918-ci ildə Katsujiro Iwai tərəfindən əsası qoyulan“Kansai Paint Co.”hal-hazırda Yaponiyanın ən böyük və ən mütərəqqi dekorativ, avtomobil, sənaye, qoruyucu və dəniz örtük istehsalçısına çevrilib. Bu gün şirkət dünyanın ən yaxşı boya istehsalçıları arasında ilk onluqda olmaqdan qürur duyur. “Kansai Paint” artıq Yaponiya hüdudlarından kənara çıxaraq dünyanın hər bir ölkəsində təmsil olunur. “Kansai Paint” müxtəlif ölkələrdə nümayəndə şirkəti vasitəsilə fəaliyyət göstərir və ya qlobal müştəri bazasına yüksək səviyyədə xidmət göstərmək üçün yerli ticarət tərəfdaşları ilə sıx əməkdaşlıq edir.

 





10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru
18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi

28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment