1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Vinyl Hendrick’s Club”: Fuad Axundov Azərbaycanda qramofon vallarının tarixi haqqında danışıb
04.07.2017

Baki, FinanceTime.  Bakıda “Vinyl Hendrick’s Club” layihəsi çərçivəsində məşhur tarixçi, “Bakının sirləri” televiziya silsilə verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovla vinil vallara həsr olunmuş tədbir təşkil olunub.

Tədbir “Hendrick’s” brendinin ilk “lighthouse”u olan “La Fontaine” kafesində keçirilib. Tədbir zamanı Fuad Axundov Azərbaycanda vinil valların tarixi, Riqa, Varşava, Kiyev və Moskvada ifaları vinil vallara yazılan ilk azərbaycanlı musiqiçilər, “Vostoçnaya lira”, “Amerika” kimi qramofon valların satışı mağazaları, paytaxtda fəaliyyət göstərən “Pate” qramofon səsyazma şirkəti, Azərbaycanda ilk musiqi texnikumu, ölkədə musiqi mədəniyyətini dəstəkləyən mesenatlar, 1887-ci ildə ilk dəfə olaraq qramofonu icad edən amerikalı ixtiraçı Emil Berliner və s. haqqında məlumat verib.

Fuad Axundov təqdimatın hazırlanmasında 1967-ci ildə yaradılan Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə öz minnətdarlığını bildirib və qeyd edib ki, hazırda da eksponatlar arasında musiqi alətləri ilə yanaşı gramofonlar, patefonlar və qramofon valları saxlanılır.

«“Vinyl Hendrick’s Club” layihəsi çərçivəsində Azərbaycanda vinil valların tarixi haqqında eksklüziv təqdimatı hazırlamaq mənim üçün çox maraqlı bir təşəbbüs idi və Bakının tarixi və mədəniyyətinin təbliğatında göstərdiyi dəstəyə görə qeyri-adi “Hendrick’s” cininin istehsalçısı olan “William Grant & Sons” şirkətinə öz təşəkkürümü bildiririəm. Belə ki, sözügedən şirkətin dəstəyi ilə ötən il Azərbaycan sülalələrinə həsr olunmuş maarifçilik silsilə tədbirlərini özündə birləşdirən “Family Run” adlı layihə həyata keçirə bilmişik”, - deyə Fuad Axundov qeyd etdi.

Tədbir zamanı qonaqlar vinil vallar üzərində ifa olunmuş DJ musiqisindən həzz alıb, qeyri-adi “Hendrick’s” şotland cininin dadına baxdılar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment