1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışı keçirilib
03.07.2017

Baki, FinanceTime. Azercell Telekom MMC  mütaliə sevərlər üçün aprel ayindan start verdiyi “Gənclər kitab oxuyur” layihəsinin  Fəvvarələr meydanında yerləşən “Starbucks Azerbaijan”kafesində mövsüm bağlanışı keçirilib. Tədbirdə layihənin qiraətçiləri, bu günədək əsərləri oxunan yazıçılar, media nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, Azercell-in  “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyub.  Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da və Fəvvarələr meydanında yerləşən kafelərində oxunub.

Xatırladaq ki, layihədə iştirak edən qiraətçilər  isə müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclərözləri haqqında qısa məlumat və səs nümunələrini Azercell-ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.  

Qeyd edək ki,  Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment