1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber”dünya üzrə 5 milyard səfər həyata keçirib
03.07.2017

Baki, FinanceTime.   “Uber” beynəlxalq texnologiya şirkəti 2009-cu ildə smartfonun ekranına bir neçə toxunuşla avtomobil sifarişi üçün sadə həll hazırlayaraq fəaliyyətə başlayıb. Artıq 2015-ci ilin sonunda şirkət mühüm sərhədi aşa bilir – 1 mlrd. səfər. Yarım ildən sonra, 2016-cı ilin iyun ayında, bu rəqəm 2 mlrd-a çatır. Bir neçə həftə bundan öncə isə “Uber” şirkətin tarixində daha bir vacib mərhələni aşıb – şirkətin yaranmasından etibarən dünya üzrə “Uber” ilə 5 mlrd. səfər. O zaman 6 qitənin 24 ölkəsində “Uber” ilə 156 səfərə start verilmişdi.

Həmin an xoşbəxt sürücülərdən biri “Uber” ilə ilk səfərini həyata keçiridi: o, sərnişini motobaykla Cakartada (İndoneziya) mindirmişdi. Daha 6 sərnişin “Uber”dən ilk dəfə olaraq yararlanmışdır.

Səfərlərdən ən qısası San-Fransiskoda qeydə alınıb – cəmi iki məhəllədən bir qədər çox məsafə. Ən uzun səfər isə Sinqapurda qeydə alınıb – 27 km (maraqlısı odur ki, ölkənin bütün uzunluğu təxminən 50 km təşkil edir). 15 “Uber” istifadəçisi səfərlərini yaşadığı ölkələrdən kənarda həyata keçirib.

“Uber” bu uğura bütün dünya üzrə şirkətlə əməkdaşlıq edən sürücülər sayəsində nail olub. Şirkətin tarixinə vacib töhfə verən sürücülərə təşəkkürünü bildirmək üçün “Uber” 156 sürücünün hər birinəyerli valyutada 500 ABŞ dolları ekvivalentində mükafat təqdim edəcək.

“Gələcəkdə daha 5 mldr. və hətta bundan artıq səfər həyata keçirmək üçün istifadəçilərimizə yeni funksiyalar təklif etməklə şirkətimizin inkişafını və servisimizin təkmilləşdirilməsini davam etdiririk”, - deyə şirkətin məlumatında bildirilir.

 

 

“Uber” haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarişı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Tətbiq dünyanın 76 ölkənin 450 şəhərində fəaliyyət göstərir. “Uber”in məqsədi şəhərdaxili hərəkəti su kəməri kimi bütün əhali üçün sadə, etibarlı və münasib etməkdir. Şirkət fəaliyyətə 2009-cu ildə çətin olmayan məsələnin həlli ilə başlayıb: smartfonun ekranına birneçə toxunuş ilə avtomobil sifariş etmək imkanı. Altı il ərzində iki milyarddan artıq gedişi təmin etdikdən sonra şirkət daha ciddi məsələni həll etməklə məşğuldur: avtomobillərin daha səmərəli istifadəsi nəticəsində şəhərlərdə tıxacların sayının və hava çirklənməsinin azaldılması.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment