1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Korporativ müştərilərə ödənişsiz məvacib layihələri!
03.07.2017

Baki, FinanceTime. Operativ, sürətli və keyfiyyətli xidməti ilə seçilən Expressbank yeni kampaniya elan edir - əmək haqqı layihəsi üzrə 1 illik VISAElectron kartların ödənişsiz əsasda hazırlanması və müştərilərə təqdim edilməsi.

“Xidmət bizdən, qazanmaq sizdən” kampaniyası çərçivəsində təqdim olunan bu xidmət hüquqi şəxslər və fərdi sahibkarlar üçünrahat, təhlükəsiz və sərfəli ödəniş vasitəsi olan əmək haqqı kartlarını təklif edir.

Expressbank-ın əmək haqqı kartlarının bir çox xüsusi üstünlükləri var. Belə ki, Expressbank-ın bankomatlarında əmək haqqı və digər debet kartlarından nağdlaşdırma zamanı heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir. Üstəlik Expressbank-ın plastik kartları ExpressClub layihəsində iştirak etdiyindən, əmək haqqı kartları ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cashback” qazanırlar.

Bundan əlavə sərfəli xidmət tarifləri, müştərilərə fərdi yanaşma, 3D Secure texnologiyası və s. əlavə imkanlarExpressbank-ın əmək haqqı kartlarını müştərilər üçün daha cəlbedici edir. 

Qeyd edək ki, hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan kampaniya15.07.2017 tarixlərinədək keçərlidir. Kampaniyaya qoşulmaq üçün Bank-la müqavilə bağlamaq, müvafiq sənədlər zərfini və əməkdaşların siyahısını təqdim etmək yetərlidir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment