1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


SilkWay Bank kart sahibləri Avropa ərazisində həyata keçirdikləri alış-verişin 19%-nə qədər məbləği smartfon vasitəsilə geri qaytara bilərlər
30.06.2017

Baki, FinanceTime. SilkWay Bank Avropa ölkələrində edilən alış-verişlər üzrə ƏDV-nin geri qaytarılması üçün yeni maliyyə xidməti - TaxFree4U təqdim etmişdir. Hazırda SilkWay Bank kart sahibləri alış-veriş etdikləri ölkələrin hava limanlarında olarkən uçuşdan əvvəl növbədə vaxt itirmədən ən qısa müddətdə ƏDV-ni geri ala bilərlər. SilkWay Bank kart sahibləri TaxFree4U tətbiqini yüklədikləri zaman swbank promokod daxil etməklə ilk dəfə ƏDV-nin geri ödənilməsi zamanı əlavə olaraq 5 avro qazanc əldə edəcəklər.

Avropa* ölkələrində həyata keçirilmiş alış-verişlər üzrə ən yüksək ƏDV məbləğini geri qaytarmaq üçün SilkWay Bank kart sahibləri aşağıdakı müddəaları yerinə yetirməlidirlər:

- TaxFree4U mobil tətbiqini smartfonlarına yükləməli, qeydiyyatdan swbank promo koduilə keçməlidir;

- Pasport** şəklini yükləməli (bəyannamənin doldurulması zamanı Aİ vətəndaşlığının olmaması və digər məlumatların təsdiq olunması üçün), səyahət haqqında məlumatları daxil etməli;

- Uçuşdan 24 saat əvvəl qəbzlərin fotolarını TaxFree4U mobil tətbiqə yükləməli;

- Hoteldə artıq doldurulmuş bəyannaməni çap etməli (ƏDV-nin geri ödənilməsi forması), bu bəyannamə TaxFree4Uxidməti tərəfindən istifadəçinin e-poçtuna  göndəriləcək;

-  Avropa ölkələrindən uçuşdan əvvəl qablaşdırılmış bağlamaları birkaları ilə birgə yoxlamadan keçirərək gömrük rəisindən bəyannaməyə möhür vurulmasını təmin etmək;

- Azərbaycana gəldikdən sonra möhürlənmiş bəyannaməni və qəbzlərin həqiqi nüsxələrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Terminal 1-də SW Bank-ın 1 saylı şöbəsində TaxFree4U qutusuna yerləşdirin;

- İstifadəçidən sənədlərin orijinalları əldə edildikdən sonra 48 saat ərzində SilkWay Bank kartlarına ilk geri ödəniş zamanı geri ödəniləcək məbləğdən əlavəSilkWay Bank-dan 5 avro bonus ödəniləcək.  

 

SilkWay Bank kart sahibləri üçün TaxFree4U mobil tətbiqinin üstünlükləri:

Fayda: TaxFree4Uxidməti ən yüksək geri ödəniş %-i tətbiq edir; ƏDV-nin geri ödənildiyi bütün mağazalar üzrə alış-verişlər üçün ƏDV-nin geri ödənilməsini təmin edir; qəbzlərin məbləğini vahid bəyannamədə birləşdirərək hər bir ölkədə tələb olunan icbari minimal alış-veriş məbləğini ləğv edir;

Rahatlıq: əlavə sənədlər və növbə olmadan. Tətbiq vasitəsilə qəbzlərin şəklini çəkmək kifayətdir- TaxFree4U mütəxəssisləri özləri bəyannaməni dolduracaq, sizə e-poçt vasitəsilə göndərəcəklər; 

Sürət: Geri ödəniş məbləği SilkWay Bankkartına, sənədlərin orijinallarını əldə etdikdən sonra 48 saat ərzində yatırılır, bu ƏDV-nin geri ödənilməsi üzrə operatorlar arasında ən qısa zaman müddətidir;

Azərbaycan vətəndaşları 28 Avropa İttifaqı ölkəsində ƏDV-nin geri ödənilməsi hüququna malikdirlər.TaxFree4U xidməti  İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.

TaxFree4U xidməti - Avropa* ərazisində həyata keçirilən alış-verişlər üzrə ƏDV-nin geri ödənilməsini tətbiq edən dünya üzrə ilk onlayn xidmətdir. Xidmət turistləri bəyannamələri doldurmaq, bir neçə növbədə dayanmaqdan azad edir və TaxFree operatorları arasında müştərinin kartına ən  yüksək faiz dərəcəsinin tətbiq olunmasını həyata keçirir. Bugünədək, TaxFree4U ƏDV-nin geri ödənişi üzrə sadələşdirilmiş xidmətdən Avropa ölkələrinin çox sayda turistləri istifadə etmişdir.https://taxfree4u.eu/ru/

*Xidmət  İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada həyata keçirilmiş alış-verişlər üzrə ƏDV məbləğini geri qaytarır.

**Pasport, kart və eləcə də sənədlərin fotosu/ nüsxəsi qorunur  və üçüncü şəxslərə ötürülə bilməz.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment