1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AtaBank” uşaq evinin balaca sakinlərini sevindirdi
29.06.2017

Baki, FinanceTime.  “AtaBank” ASC  Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2017-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını həyata keçirmişdir. Bank tərəfindən Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq internat-evinin balaca sakinləri üçün Ramazan Bayramı günlərində əyləncəli viktorina və şən müsabiqəli bayram tədbiri təşkil edilmişdir. Ramazan Bayramı ilə əlaqədar təşkil edilmiş xeyriyyə tədbirinə müğənnilər, sehrbazlar, animatorlar və məzəli klounlar dəvət olunmuşdur.

Beləcə,bank heyəti uşaq evinin balaca sakinləri ilə birlikdə xoş və əyləncəli şəkildə müqəddəs Ramazan Bayramını qeyd etmişdir.

Bayram şənliyi ilə əlaqədar “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov bildirdi ki, “Bu cür tədbirlər dövlətimizin sosial siyasətinə uyğun olaraq Korporativ Sosial Məsuliyyət xarakteri daşıyır və cəmiyyətimizin valideyn himayəsindən məhrum olan uşaqlarına mənəvi dəstək, onlardan diqqət və qayğını əsirgəməmək məqsədi ilə təşkil edilir. Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır!”

Bayram şənliyində uşaqlarla birlikdə aktiv iştirak edən bankın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov isə əlavə olaraq qeyd etdi ki, daim sosial məsuliyyətə önəm verən “AtaBank” ASC tərəfindən bu cür tədbirlərin təşkili bundan sonra da davam etdirləcəkdir.

Bayram tədbirinin sonunda uşaqlarla bank əməkdaşlarının birgə xatirə şəkilləri çəkildi.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı, universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə geniş çeşidli bank xidmətləri təqdim edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment