1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft”Azərbaycanda məktəblilərə proqramlaşdırmanın əsaslarını öyrədir
23.06.2017

Baki, FinanceTime.  “Microsoft Azerbaijan” şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilərə “Kod Saatı” (“Hour of Code”) layihəsini təqdim edib. Layihənin əsas məqsədi uşaqlara proqramlaşdırmanın necə maraqlı, asan və əlçatan olmasının çatdırılmasıdır.

Layihə çərçivəsində “Microsoft Azerbaijan” şirkətinin komandası Bakının 220 saylı orta məktəbini, Azərbaycan Britaniya Kollecini, həmçinin Gəncənin 4 və 27 saylı məktəblərini ziyarət edib. Məktəblərə səfər zamanı məktəblilərə sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycan,ingilis və rus sektorlarının III və VI siniflərində təhsil alan məktəblilər iştirak edib. Məktəblilərlə söhbət zamanı onların gələcək ixtisasları barədə sorğu keçirilib. Cavablar gözlənilən olub: həkim, psixoloq, müəllim, dizayner, modelçi və s. Lakin “Microsoft Azerbaijan” komandası praktikadaməktəblilərə onların hər gün qarşılaşdığı, amma fikir vermədikləri tipik alqoritminecə tətbiq etməyi göstərəndən sonra məktəblilər proqramçı olmaq istədiklərini etiraf ediblər. Tədbir çərçivəsində təcrübə əldə etmiş məktəblilər fantaziyaları və bacarıqlarını istifadə edərək “JavaScript” dilində sadə proqramlar yaza biliblər. “Microsoft Azerbaijan” komandası sözügedən təşəbbüsü ölkənin digər təhsil müəssisələrində davam etdirməyi planlaşdırır.

“Kod Saatı” təşəbbüsü proqramlaşdırmanın populyarlaşdırılması ilə məşğul olan “Code.org” publik qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Azərbaycanda bu aksiya “Microsoft Azerbaijan” şirkəti tərəfindən keçirilir və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəklənir. “Kod Saatı” – məktəblilərin diqqətini iqtisadiyyatın perspektiv sahələrindən biri sayılan – informasiya texnologiyalarına cəlb etmək üçün effektli bir vasitədir.

Bundan başqa, məktəblilərə proqramlaşdırma və elektronikanın öyrədilməsi üçün xüsusi qurğu sayılan birplatalı “Micro Bit” kompüteri təqdim olunub. “Micro Bit” “Cortex-M0” prosesorunun ARM bazasında işləyir və “Bluetooth LE”, “microUSB”, 5 daxiletmə-çıxarılma klemması və qırmızı rəngdə 25 ədəd işıq diodu ilə təchiz olunub. Qurğuda, həmçinin, iki proqramlaşdırma düyməsi, akselerometr və maqnitometr mövcuddur. “Micro Bit” iki ədəd AA batareyası ilə işləyir və ya USB-dən qidalana bilər.

“Hazırda uşaqların əksəriyyəti karyeralarını informasiya texnologiyaları sahəsində qurmağı planlaşdırır. Bu gün Azərbaycanda sürətli templərlə inkişaf edən informasiya texnologiyaları sahəsi kadr çatışmamazlığı ilə üzləşir. “Kod Saatı” təşəbbüsü məhz informasiya texnologiyaları sahəsinə gənclərin marağının artırılmasına yönəldilib. Məktəblərə gəlməmişdən öncə biz “Kod Saatı”nı ofisimizdə əməkdaşlarımızın uşaqları üçün təşkil etdik, belə ki, biz informasiya texnologiyalarının əhəmiyyətini ailələrimizə nümayiş etdirmək istərdik. Biz yeni ideyalara böyük önəm veririk və məhz bununla təhsilin transformasiyasını dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları artıq hazırlıqlı qarşılaya bilsin”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

“Kod Saatı” təşəbbüsü – 180 ölkədən artıq milyonlarla tələbə və məktəblini əhatı edən qlobal bir hərəkatdır. Hər kəs istənilən ölkədə “Kod Saatı”nın təşkilatçısı ola bilər. Öncədən heç bir hazırlıq tələb etməyən birsaatlıq dərslər 40-dan çox dildə əlçatandır.#CoolMSAz


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment