1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Baku Fashion Club” təşkilatının təqdimat mərasimi baş tutacaq
22.06.2017

Baki, FinanceTime.  İyunun 29-da “Excelsior Hotel & Spa Baku” otelində moda sahəsi üçün yeni olan “Baku Fashion Club” təşkilatının təqdimat mərasimi baş tutacaq. BFC təşkilatı Azərbaycanın moda sahəsinin bütün nümayəndələrini “öz qanadı altına” yığmağı planlaşdırır. Onların arasında geyim və aksessuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Klubun iştirakçıları həmçinin, Azərbaycan modasının həvəskarları və pərəstişkarları da ola bilər. Müntəzəm olaraq müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları sıxılmadan, dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər. Görüşlər zamanı həmişə “mikrofon açıq” olacaq və klubun iştirakçıları arzuladıqları halda lazımi informasiyanı müzakirə edəcək, özü və öz fəaliyyəti haqqında danışacaq, maraqlandığı sualları auditoriyaya verəcək və cavab alacaq. Bununla yanaşı, həm yaxın, həm də uzaq xarici ölkələrdən fəşn-sahə nümayəndələrini dəvət etmək planlaşdırılır.

Baku Fashion Club klubunun təşkilatı olan “BFC” - FMS Models-in prezidenti və Baku Fashion Night moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur.

“Bu fikir çoxdan mənim beynimdə dolaşırdı, amma 2005-ci ildə FMS Models model agentliyinin, 2014-cü ildə Baku Fashion Night layihəsinin (hazırda Bakıda keçirilən moda həftələrinin müşdəçisi) açılışında olduğu kimi, münasib vaxt gözləyirdi. Bu dəfə xahiş edirəm, sevin və təşrif buyurun – “Baku Fashion Club”a. Bu klub bizə sadəcə zəruridir, əminəm ki, çox yaxın zamanda o, bütün iştirakçıları üçün öz bəhrəsini verəcək. Canlı dialoq – bütün problemlərin həllinin açarıdır!!!» - deyə Lyubov Qutorova-Poyraz qeyd edib”.

Baku Fashion Club klubunun təşkili Excelsior Hotel & Spa Baku otelinin dəstəyi ilə keçiriləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment