1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Tikinti sahəsində qeyri-rəsmiəmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib
20.06.2017

Baki, FinanceTime.  20 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmiəmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanın  imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Fərmanla Dövlət Agentliyinə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılması tapşırılıb.

Ulvi Mehdiyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikini fəaliyyəti subyektlərinə ətraflı məlumatın verilməsi, qarşılıqlı əməkdaşlığın təşkili, Monitorinq sisteminin fəaliyyəti barədə məlumatlandırmanın təmin edilməsidir. Eyni zamanda tikinti fəaliyyəti subyektlərinə monitorinq fəaliyyətinin təşkili və keçirilməsi, habelə Monitorinq sistemindən istifadəsi ilə bağlı məlumatların verilməsidir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müaviniFariz Cəfərov monitorinq mərkəzi barəsində təqdimat edib.

Fariz Cəfərov bildirib ki, Monitorinq Mərkəzinin əsas fəaliyyəti qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçüntikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması, işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılmasından ibarətdir.

Onu sözlərinə görə,  Monitorinq Mərkəzi öz fəaliyyətini həyata keçirdikdə, aidiyyəti dövlət qurumlarından bu sahədə həyata keçirdikləri tədbirlərə dair hesabatları və zəruri olan digər materialları müqayisəli təhlil edəcək, şübhələr yarandıqda səyyar monitorinq qruplarının tikinti obyektlərinə göndərilməsini təmin edəcək və aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsini həyata keçirəcəkdir.

Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment