1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASAN “İnnovasiyalar Mərkəzi”və “Mastercard”niyyət məktubu imzalayıblar
19.06.2017

Baki, FinanceTime.   “Mastercard” qlobal ödəniş texnologiyaları şirkəti Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan “İnnovasiyalar Mərkəzi” iləmaliyyə savadlılığı ilə bağlı layihələrdə əməkdaşlığın başlanğıcı və “Nağdsız Azərbaycan” baxışına öz töhfəsini verməyə hazır olduğunu bildirən niyyət məktubu imzalayıb.

Məktub özündə maliyyə savadlılığına töhfə verən layihələrin birgə inkişaf etdirilməsi və müvafiq olaraq “Nağdsız Azərbaycan” naminə maliyyə inteqrasiyası hədəflərinə doğru səylərin gücləndirilməsi üçün qarşılıqlı anlaşmanı ifadə edir. Bu, həmçinin “Mastercard” şirkətinin nağdsız cəmiyyətin təşviqi üçün müxtəlif təşəbbüslərin həyata keçirilməsində “İnnovasiyalar Mərkəzi” ilə birgə tərəfdaşlığının rəsmi başlanğıcıdır.

“Maliyyə məsələlərindən kənarda qalmaq və bu sahədə az bilikli olmaq nağd pul üzərində qurulmuş iqtisadiyyata səbəb olur ki, bu da vətəndaşların və hökumətin sosial problemlərə qarşı həssaslığını artırır, əlavə xərclərə və narahatlığa gətirib çıxarır. Bizim maliyyə inteqrasiyasına yanaşmamız xeyriyyəçilik və ya korporativ sosial məsuliyyətdən ibarət deyil. Biz bu məsələnin həllini ictimai və özəl tərəfdaşlıqlar vasitəsilə rəqəmsal ödəniş texnologiyalarının tətbiqində və bununla da maliyyə savadlılığının yüksəldilməsinə öz töhfəmizi verməkdə görürük. Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan “İnnovasiyalar Mərkəzi” ilə tərəfdaşlığa başlamaqdan çox məmnunuq”, - deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç bildirib.

Qeyd edək ki, istehlakçı bazarında üzərinə götürdüyü öhdəliklə yanaşı “Mastercard” nağdsız ödənişlərdə qabaqcıl ödəniş texnologiyalarını tətbiq etmək məqsədilə Azərbaycanda ictimai və dövlət qurumları ilə münasibətlərdə də yeni bir səhifəyə qədəm qoyur.

“ASAN “İnnovasiyalar Mərkəzi” ictimai sektorda elektron ödənişlərin inkişafı üçün çalışan ənqabaqcıl qurumlardan biridir. Beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək həmişə prioritetlərimizdən biri olub və düşünürəm ki, “Mastercard”la tərəfdaşlığımızın ilk mərhələsinin başlanğıcı “Nağdsız Azərbaycan” baxışımızın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olacaq”, - deyə “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi qeyd edib.

Məktub “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç və “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment