1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


BFB-nın təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə xeyriyyə sərgisi baş tutmuşdur
16.06.2017

Baki, FinanceTime. 16 iyun 2017-ci il tarixində Bakı Fond Birjasının təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı Fond Birjasının yerləşdiyi biznes mərkəzi Babək Plazanın, (Babək prospekti, Ələddin Quliyev 11/31) geniş foyesində fiziki və əqli məhdudiyyəti olan uşaqların əl işlərindən ibarət sərgi keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Fond Birjasının Idarə Heyətinin sədri Vüqar Namazov iştirakçıları salamlayaraq, belə tədbirlərin cəmiyyətimizdə önəmini vurğulamış, fiziki və əqli məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rolu olduğunu qeyd etmişdir. Həmçinin Sərgidə iştirak edən insanlara, o cümlədən tərəfdaşlıq edən şirkətlərə öz minnətdarlığını bildirmişdir.

Daha sonra sözü alan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva öz növbəsində tədbirin təşəbbüskarı olan Bakı Fond Birjasının rəhbərliyi və kollektivinə təşəkkür etmişdir və bu qəbildən olan tədbirlərin keçirilməsində komitə olaraq hər zaman dəstək verməyə hazır olduqlarını ifadə etmişdir.

Ardınca Bakı Fond Birjasının açılış zəngi çalınmış və sərgi açıq elan edilmişdir.

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onlara qayğı və dəstək göstərmək, gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdır. Sərgidən toplanmış vəsait əl işlərinin müəlliflərinə təqdim olunacaqdır.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

BFB adı çəkilən tədbirə təşkilatı dəstəyə görə tərəfdaş şirkətlər olan Babək Plaza, Coca Cola, Koroğlu, Ali və Nino, Böyük Firat və Kreativ 141 şirkətlərinə öz xüsusi təşəkkürünü bildirir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment