1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell İT-bazarın inkişafında öz iştirakını davam etdirir
12.06.2017

Baki, FinanceTime.  Azercell Telekom MMC-nin növbəti dəfə dəstək verdiyi “NETTY 2017” - Azərbaycan Milli İnternet Mükafatının qalibləri açıqlanıb. 13-cü dəfə baş tutan və Azercell-in əsas partnyoru olduğu “NETTY-2017” - Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. Ölkədə informasiya texnologiyaları sahəsinin tanınmış nümayəndələrindən ibarət NETTY Akademiyası qalibləri müsabiqədə iştirak edən 117 layihə və resurs içərisindən seçib.

Müsabiqə çərçivəsində “Azərbaycan”, “Dövlət saytı”, “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”, “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi” nominasiyaları üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkilib, fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə mükafatlar verilib.

Azercell Telecom MMC-nin Barama Mərkəzinin rezidenti olan “Green Baku” layihəsi “NETTY-2017” Azərbaycan Milli İnternet Mükafatının qaliblərindən biri olub. Belə ki, “Green Baku” - Ekoloji dəftərxana məhsullarını təqdim edən startupın təqdim etdiyi www.greenbaku.az saytı "Cəmiyyət" nominasiyasının ən uğurlu layihəsi seçilib.

Xatırladaq ki, “NETTY” çərçivəsində bu il ilk dəfə “İlin İT meneceri” nominasiyası keçirilib və onun vasitəsilə ölkənin İT departamentlərinin ən yaxşısı elan olunub. Beləliklə, “NETTY 2017” müsabiqəsinin qalibləri sırasında “Elm və təhsil” nominasiyasında http://prospectacademy.az/, “İnformasiya və xəbərlər” nominasiyasında http://sputnik.az/, “Virtual jürinin seçimi” nominasiyasında http://www.ferdiders.az/, “Mobil avadanlıqlar üçün ilin proqramı” nominasiyasında “Baku Airport”olub. İlin İT-hadisəsi “Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi: Bakının bir sıra ictimai yerlərində Wi-Fi xidməti” elan edilib, İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat isə ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri Rahid Ələkbərli alıb.

Qeyd edək ki, Azercell şirkəti Azərbaycanlı gənclərin İT, İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan layihələrə hər zaman dəstək olur, ölkəmizdə Azərbaycan dilində olan kontentin yaradılması və inkişaf etditilməsi üzrə aparılan bütün işlərdə öz töhfəsini əsirgəmir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment