1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank yeni kampaniya ilə biznes sahiblərinə çoxlu sayda güzəşt qazandıracaq
09.06.2017

Biznes sahibləri yeni kampaniya ilə çoxlu sayda güzəşt qazanacaq!

Baki, FinanceTime. AccessBank 15 illik yubileyi münasibətilə biznes sahibləri üçün “Hədəflərinizə daha tez çatın” adlı güzəştli biznes kreditləri kampaniyasına başlayır.

Azərbaycanın bütün regionlarını əhatə edəcək yay kampaniyasının məqsədi kiçik və orta biznes sahiblərinə daha güzəştli şərtlərlə bank xidmətləri təklif etməkdir.

Kampaniya çərçivəsində müştərilərə biznes hədəflərinədaha tez çatmaları üçün çoxsaylı güzəştlər təqdim olunur:

  • Biznes kreditlər üzrə tutulan komissiyada -  15% güzəşt

  • Bank qarantiyası açılması üçün komissiyaya  - 15% güzəşt

  • Biznes kreditlərinin ölkə daxili və ölkə xarici köçürməsində komissiya - “0%”

  • Biznes kreditlərinin köçürməsində mübadilə komissiyası – “0%”

Kreditlərin milli valyutada təqdim olunması da kampaniyanın üstünlüklərindən biridir, bu isə AccessBank-ın daha çox yerli iş adamlarına maliyyə dəstəyi göstərməsinə imkan yaradacaq.

Kampaniya 30 iyun 2017-ci ilədək davam edəcək.

Biznesin maliyyələşdirilməsi üzrə bazarda lider banklardan biri olan AccessBank, daim ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrə, kənd təsərrüfatına və istehsalata maliyyə dəstəyi göstərir və bununla da iqtisadiyyatın qeyri-neft sektorunun və sahibkarlığın inkişafına öz töhvəsini verir.

Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindənfacebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment