1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Standard &Poor’s növbəti dəfə PAŞA Bankın yüksək reytinqini təsdiq edib
08.06.2017

Baki, FinanceTime.  Standard &Poor's beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") «ВВ-» səviyyəsində, qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq olunub. Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Standard &Poor's-un ölkə reytinqini dəyişməz saxlaması fonunda Bankın reytinqinin təsdiq olunması bizim üçün gözlənilən bir nəticə idi.  

«Maliyyə bazarında carı vəziyyəti nəzərə alaraq bu Bankımız üçün çox böyük bir nailiyyətdir. Reytinqimizin təsdiq olunması Banka regional maliyyə institutu kimi göstərilən etimadın göstəricisidir. 10 il bundan əvvəl qurulduğunda PAŞA Bankın qarşısına qoyduğu əsas məqsəd özəl qeyri-neft sektorunda inkişaf etmək olmuşdur və Bankın strategiyaları bu məqsəd ətrafında qurulmuşdur. Uzunmüddətli, dayanıqlı inkişafı hədəf alan Bank öz korporativ və risk idarəetməsinə, insan kapitalına və İT infrastrukturuna böyük sərmayələr yatırmışdır. Standard &Poor's-un çağırışlarla dolu bir zamanda PAŞA Bankın reytinqini eyni səviyyədə saxlaması strategiyamızın düzgün və uğurlu olduğunun bir daha sübut edir», - deyə T. Kazımov bildirdi.

Qeyd edək ki, Standard &Poor's öz hesabatında PAŞA Bankın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edir və bankın biznes mövqeyinin qiymətləndirilməsində Bankın korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment