1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına həsr olunan mərasimi keçirildi
08.06.2017

Baki, FinanceTime. İyunun 7-də "Fairmont" hotelində 4-6 may tarixlərində Bakıda reallaşan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə əvvəlcə "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilən IV Forumun yekunlarını əks etdirən videoçarx nümayiş olundu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı: "Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb. Multikulturalizm və mədəniyyətlərarası dialoqun təbliği Azərbaycanda dövlət siyasətinin pioritetlərindən biridir. Bu baxımdan "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir".

Nazir diqqətə çatdırdı ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcək. Bu münasibətlə “Bakı prosesi” mükafatı təsis olunacaq və yüksək səviyyəli rəsmilərə təqdim ediləcək.

Qeyd olundu ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Nüfuzlu beynəlxalq qurumlar - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO Foruma tərəfdaş olub.

IV Forum günlərində 40-dək konfrans, sessiya, panel və digər tədbirlər keçirilib. Beynəlxalq tədbirdə 120-dək ölkə rəsmisi, 38 beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edib. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb.

Nazir vurğuladı ki, Forum çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçirilib. Həmçinin Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunduğu Dünya Forumu Nazirlər Görüşü baş tutub. Forumda ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqda roluna xüsusi yer verilib.

Əbülfəs Qarayev bildirdi ki, Forumda həmçinin BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda xüsusi plenar sessiya keçirilib. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Vurğulandı ki, Forum BMT-nin televiziyasında və saytında canlı yayımlanıb. 25 milyonadək insan canlı olaraq Forumu izləyib.

Mərasimin sonunda Forumun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra dövlət qurumlarına, Milli Məclisin deputatlarına, media qurumlarına təşəkkürnamələr təqdim olundu.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment