1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) Beynəlxalq maliyyə hesabatları standartları üzrə 2016-cı ilin nəticələrini elan edib
07.06.2017

Baki, FinanceTime. Rusiyanın ikinci böyük bankı olan bank VTB(aktivləri 221 mlrd. dollar, 2016-cı ilüzrə xalis mənfəəti - 915 mln. dollar) Qrupuna daxil olan VTB (Azərbaycan) BMHS standartları üzrə ötən ilə olan hesabatını dərc edib. Belə ki, 2016-cu ilin yekunları üzrə bank VTB (Azərbaycan)-ın məcmu aktivləri 271,6 mln. manat, o cümlədən kredit portfeli 195 mln. manat təşkil edib. Bankın passivləri maliyyə institutları tərəfindən verilmiş vəsaitlər, həmçinin fiziki və hüquqi şəxslərin hesablarındakı vəsaitlərinin qalığı hesabına formalaşıb.

Birinci və ikinci dərəcəli kapitalının adekvatlıq əmsalı 2016-ci ildə 5% və 10%-lik normativə qarşı müvafiq olaraq 25,6% və 35,1% təşkil edib.  2016-ci ildə inkişaf strategiyası çərçivəsində banka səhmdarları tərəfindən əlavə vəsait ayrılıb.

Hazırda bankda 2017-2019-cu iilər üzrə strategiya reallaşır. Kreditləşmə ilə yanaşı, bankın  əsas fəaliyyət istiqaməti müasir informasiya texnologiyalarından istifadə edərək tranzaksiya biznesinin inkişafıdır. Bu səbəbdən korporativ biznesin prioritetlərindən biri Rusiya və Azərbaycan biznesləri arasında aparılan hesablaşmalarda bankın fəal iştirak etməsidir. Bank tərəfindən müasir informasiya texnologiyalarının tətbiqi həmçinin əhalinin maliyyə xidmətlərindən daha rahat istifadəsinin təmin edilməsinə yönəlib.

Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın kapitalının gələcəkdə də artırılması nəzərdə tutulurr. Hazırda qrupun korporativ prosedurları çərçivəsində müvafiq işlər həyata keçirilir.

2016-cı ildə bu strategiyanın reallaşması məqsədi ilə bank, qrupun prioritetlərini nəzərə alaraq müasir iqtisadi şəraitdə çalışan yeni komanda formalaşdırıb.

Yeni layihələrin reallaşması ilə yanaşı bank fiziki və hüquqi şəxslərin öhdəliklərinin restrukturizasiyası üzrə işini davam etdirib. VTB (Azərbaycan) borcu olan müştəriləri üçün müasir şərtlərə uyğun müvafiq təkliflər hazırlayaraq təqdim edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment