1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Expressbank-dan əla yay fürsəti!
05.06.2017

Baki, FinanceTime. Dəyərli müştərilərinə mütəmadi olaraq xüsusi imkanlar yaradan Expressbank yay tətilini sərfəli keçirmək istəyənlər üçün əla fürsətlər təklif edir. Belə ki, ExpressClub layihəsi çərçivəsində tərəfdaşlar sırasına yeni əlavə olunmuş “Rixos Quba Azerbaijan”,“Chinar Hotel & Spa Naftalan”, “Naftalan Hotel Qashalti”,“Excelsior Hotel Shamkir”, Şəki şəhərində “MarxalResort& Spa” sağlamlıq və turizm mərkəzlərinin qonaqları burada istirahət zamanı ödənişi Expressbank-ın plastik kartları ilə edərkən 10%-dək cashback qazanacaqlar. Yəni, xərclədikləri vəsaitin 10%-dək hissəsi kartlarına geri qayıdacaq.

 “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (cashback). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

ExpressClub layihəsinin xüsusi üstünlüyü - onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək cashback qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. ExpressClub şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.

Bütün bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən plastik kart sahibi olmaq kifayətdir! Bunun üçün şəxsiyyət vəsiqəsi ilə istənilən filiala yaxınlaşmaq və ya www.expressbank.az saytı vasitəsi ilə online sifariş etmək yetərlidir.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso  kartlarını 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold/ MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa Platinum/ MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. 

Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment